MDB-nin Antiterror mərkəzi: “207 nəfər şəxs ifşa olunub”

Terror təşkilatlarında iştirak edən 9 mindən yuxarı insan hazırda MDB ölkələrində axtarışdadır. SİA “vesti.ru”ya istinadən xəbər verir ki, bu barədə MDB-nin Antiterror mərkəzinin rəhbəri Andrey Novikov bildirib. Novikovun sözlərinə görə, onlardan 5 mini qanunsuz silahlı birləşmələr tərkibində və beynəlxalq terror təşkilatlarında fəaliyyət göstəriblər. “Mərkəz şübhəlilərin mümkün yerləri barədə fikir mübadilələri aparır, informasiyalarla bölüşür”, deyən Antiterror mərkəzinin rəhbəri 2015-ci ildən başlayaraq, terrorçuluq fəaliyyətinə görə, 83 nəfər şəxsin saxlandıldığını da bildirib.

Bundan əlavə, Mərkəz axtarışda olan terrorçular və muzdlular barədə məlumatları MDB-nin “Baryer” - maliyyə kəşfiyyatı bölməsinə göndədir. Məhz həmin informasiyalar sayəsində terrorçuluğu maliyyələşdiən 207 nəfər şəxs ifşa olunub.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə