Koçaryan Paşinyanı məhkəməyə verdi QARŞIDURMA

2008-ci ilin martında ölkənin konstitusiya quruluşunu devirməkdə ittiham edilən Ermənistanin keçmiş prezidenti Robert Koçaryan baş nazir Nikol Paşinyanı ona qarşı böhtan atdığına görə məhkəməyə verib. SİA xəbər verir ki, bu barədə İTAR TASS agentliyi eks-prezidentin vəkili Aram Orbelyana istinadən məlumat yayıb.

“Obrelyanın dediyinə görə, Paşinyan 2008-ci ildə baş verən olaylarla bağlı ictimaiyyətə bəyanat verərkən, sabiq ölkə başçısının şərəf və ləyaqətini təhqir edib”, yazan agentlik xatırladıb ki, Koçaryan daha öncə həbs olunsa da, sonradan azadlığa buraxılaraq, ondan ölkəni tərk etməməsi barədə iltizam alınıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə