Yuşşenko: “Heç olmasa dialoqa imkan verin”

Ukraynanin sabiq prezidenti Viktor Yuşşenko separatçı “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” əhalisini nasist Almaniyasının əhalisi kimi qiymətləndirib. SİA xəbər verir ki. Bu barədə Rusiyanın “AİF” nəşri yazır. Onun sözlərinə görə, insanlar təbliğatın qurbanlarına çevriliblər.

Yuşşenko əmindir ki, son 4-5 ildə Donbasda yaşayan insanların özünüdərkləri o qədər dəyişilib ki, yaxın müddətdə Kiyevin egidası altında hər hansı seçkinin keçirilməsi sadəcə, mənasız görünür.

Bununla yanaşı, siyasətçi hesab edir ki, Donbas əhalisi ilə Ukrayna əhalisi müxtəlif olsa da, bir-birinə əks deyillər. “Heç olmasa. Dialoqa imkan verin”, - Yuşşenko bildirib.

Rusiya nəşri xatırladır ki, 2014-cü ilin aprelindən başlayan silahlı qarşıdurmalar müddətində 3 mindən çox ukraynalı hərbi qulluqçu həlak olub.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə