Azərbaycan Rusiyadan hansı silahları alıb? “TASS-Dosye”nin araşdırması+FOTO

“Sentyabrın 25-dən 27-dək Bakıda Azərbaycanın III – ADEX 2018 beynəlxalq müdafiə sərgisi keçiriləcək” SİA xəbər verir ki, bu barədə Rusiyanın TASS agentliyində qeyd olunub. Araşdırma yazıda bildirilir ki, sərgidə 32 ölkənin 200 şirkəti müdafiə komplekslərini nümayiş etdirəcək. Bununla bağlı agentliyə açıqlama verən Rusiyanın “Rosoborontexnika”nın baş direktoru Aleksandr Mixeyev bildirib ki, tədbirin ənənəvi iştirakçılarından biri də Rusiyadır. SİTAT: “Biz, bu sərgidə Xəzəryanı regionunda Rusiya üçün mühüm olan qiymətsiz və kifayət qədər əhəmiyyətli əməkdaşlıq, eləcə də müsbət yöndə hərbi-texniki inkişaf təcrübəsi əldə edirik. Eyni zamanda, biz xəzəryanı ölkələrə nəinki hərbi texnikanı, həmçinin, təchizat və təmir, mütəxəssislərin hazırlanması məsələsində müxtəlif infrastruktur layihələri təklif edirik”.

Araşdırma yazıda qeyd edilir ki, Rusiya Azərbaycanın aldığı hərbi-texniki məhsullar baxımından bir sıra ölkələr arasında aparıcı mövqeyə malikdir. Belə ki, bu ilin sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyev Vladimir Putinlə görüşünün nəticələrinə görə, bəyan etmişdi ki, Azərbaycan Rusiyadan 5 milyard dollar həcmində hərbi məhsullar alıb və bu rəqəm artmaqda davam edəcək.

Rusiya silahlarının çatdırılması
“Hazırda Azərbaycan RF-nın silah bazarında nəhəng partnyorudur”, deyə qeyd edilən araşdırma məqalədə bildirilir ki, Stokholmun dünya problemləri institunun (SIPRI) qiymətləndirməsinə görə, 2006-2016-cı illərdə Rusiya silahlarının Azərbaycanın müdafiə məhsullarına summar ixracdakı olan payı 22% təşkil edirdi. SSRİ-nin süqutundan sonra, 1991-ci ildən 2005-ci ilə qədər Rusiya Azərbaycana silah satmayıb.
2005-2010-cu illərdə Azərbaycanın güc strukturları yeni model helikopterlər alıb: gömrük komitəsi üçün bir ədəd Mi-172, FHN üçün üç ədəd Mi-171B və DİN üçün üç ədəd Mi-17-1B. 2008-ci ildə FHN eyni zamanda Rusiyadan yeni model Be-200 ÇS amfibiya-təyyarəsi alıb. 2010-cu ildə isəik ədəd Ka-32 A helikopteri.
2007-ci ildə Azərbaycan Rusiya Fderasiyasının müdafiə nazirliyindən 62 ədəd T-72B tankı, dörd zirehli təmir-təxliyyə maşını BREM-1, eləcə də altı ədəd “Msta-B” adlı 152 mm-lik daşınan habuitsa əldə edib.
2008-2010-cu illərdə Azərbaycana 70 BTR-80A zirehli yeni istehsal edilmiş transportyoru və hərbi məqsədlər üçün istifadə edilən KamAZ avtomobilləri göndərilib. O cümlədən, müqaviləyə görə, 2010-cu ildə Azərbaycan tərəfi 100 ədəd tank əleyhinə “Kornet-E” kompleksləri alıb.
Araşdırma məqalədə o da bildirilir ki, 2009-cu ildə imzalanmış müqaviləyə görə, Azərbaycana hər birində dörd buraxılış qurğusu olan iki divizion “S-300 zenit-raket sistemi göndərilib və 2010-2011-ci illərdə həmin raketlər təhvil verilib. Sövdələşmənin qiyməti ekspertlər tərəfinfən 300 milyon dollar həcmində dəyərləndirilib. Böyük müqavilələr çərçivəsinə əsasən, həmin illərdə Azərbaycan tərəfi Rusiyadan kifayət qədər yeni silahlar əldə edib, o cümlədən, piyadalar üçün istehsal edilmiş təchizatlar da buraya daxildir:

· 100 əsas T-90S tankları;

· 118 hərbi piyada maşını BMP-3;

· 230 zirehli transportyor BTR-82A;

. 166 ədəd artilleriya sistemi,

o cümlədən, 18 ədəd özüyeriyən “Msta-C, 152 mm kalibirli haubitsa, 18 ədəd 120 mm-lik özüyerinən “Vena” topları (Azərbaycan bu silahın ilk sifarişçisidir-red.), 18 ədəd 300 mm-lik “Smerç”reaktiv sistemli hərbi maşın və 24 ədəd ağır odsaçan sistem maşınları olan TOS-1A “Solntsepyok”.

Mütəxəssislər qeyd ediblər ki, bu müqavilə portfelinin qiyməti 1 milyard dolları təşkil edib. Rusiyanın strategiya və texnologiyaların analizi Mərkəzinin ekspertlərinə görə isə bu paketə eyni zamanda iki divizion özüyeriyən tank əlyhinə raket kompleksi - “Xrizantema-S”, daşınan 152 MM-lik kalibirli habuitsalar – “Msta-B”, daşınan 120 mm-lik kalibirli minaatanlar –“Sani”, avtonəqliyyat, mühəndis vasitələri, zirehli təmir-təxliyyə maşınları BREM-1M və BREM-L mühəndis maşınları, İMP-3M, eləcə də onlara aid hərbi sursatlar da daxildir.

Qeyd olunur ki, ayrıca müqaviləyə əsasən, Azərbaycan 2010-cu ildə Rusiya ilə sərhəd xidməti üçün 24 ədəd Mi-35M hərbi helikopterləri əldə edən sənəd imzalayıb. Helokopterlər 2011-2013-cü illərdə Azərbaycana çatdırılıb. Müqavilənin qiyməti 260 milyon dollar olub. Digər helikopter – 71 ədəd çoxhədəfli Mİ-17-1B (40 ədədi hərbi-hava qüvvələri, 20 ədədi sərhəd xidməti, 6 ədədi xüsusi dövlət mühafizəsi, 5 ədədi isə DİN üçün) də müqaviləyə əsasən, Azərbaycana göndərilib.

Bundan əlavə, həmin il müqavilə paketləri ilə bağlı növbəti razılaşmalar həyata keçirilib və həmin razılaşmalara əsasən, Azərbaycana havadan müdafiə sistemləri göndərilib. 2011-2012-ci illərdə Azərbaycan 300 buraxılış qurğuları və 1500 ədəd daşınan “İqla-S” zenit raket kompleksləri əldə edib. “KİV-lərdə 2014-cü ildə iki zenit raket batareyası kompleksi olan “Tor-M2E” kiçikmənzilli raket komplekslərinin də verilməsi barədə məlumat getmişdi. Lakin digər mənbələrə görə, bu müqavilə realizə olunmamışdı”, araşdırma yazıda bildirilir.

2010-cu ilin noyabrında Rusiya və Azərbaycan tərəfi 2011-2021-ci illərdə ölkədə (Azərbaycanda-red.) patron kalibri 5,45 mm olan AK-74 avtomat silahının lisenziyalaşdırılmış buraxılışı ilə bağlı razılığa gəliblər.

2011-ci ildə isə AzərbaycanIN BMP-1 və BMP-2 parklarının modernləşdirilməsi, eyləcə də onların “Berejok” - yeni hərbi məqsədli hissəsi, həmçinin “Kornet-E” raket kompleksi ilə təchiz olunması barədə müqavilə imzalanıb. “Realizə barədə məlumatlar dərc olunmasa da, Rusiyanın “Kornet-E” raketlərinin göndərməsi həyata keçirilib”, araşdırma məqalədə bildirilir.

Həmçinin bildirilir ki, 2014-cü ildə Azərbaycan Rusiyanın hərbi əməkdaşlıq Fedral Xidmətinə bir divizionluq “Bal-E” - gəmi əleyhinə raket kompleksinin əldə edilməsi ilə bağlı müraciət edib: “KİV-lərin məlumatına görə, hələlik sövdələşmə həyata keçirilməyib, lakin tərəflər arasında müzakirələr aparılır”, araşdırma yazıda bildirilir. Həmçinin, Rusiyanın T-90S və 12 ədəd Mi-35M helikopterlərinin də hələlik realizə olunmadığı bildirilıir

Əməkdaşlıq tarixi

“Rusiya ilə Azərbaycan arasında olan hərbi əməkdaşlıq dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik sazişi əsasında inkişaf etdirilir”, deyə qeyd edilən məqalədə həmin sazişin 1997-ci ilin 3 iyulunda imzalandığı və 1998-ci ilin 29 iyul tarixində qüvvəyə mindiyi bildirilir. “Sənədə görə, əgər tərəflərdən birinə qarşı təhdid və təhlükə yaranarsa, Moskva və Bakı öz aralarında təxirəsalınmaz məsləhətləşmələr apara bilərlər”, yazılan araşdırma yazıda o da bildirilir ki, tərəflər eyni zamanda üçüncü ölkələrin iqtisadi, maliyyə, hərbi hərəkətlərində və bu kimi hallarda bir-birlərinə qarşı da heç bir iştirakda rol almayacaqlar.

Sözügedən məqalədə xatırladılır ki, 2006-cı ilin 4 dekabr tarixində Moskva və Bakı intellektual fəaliyyətdə və ikitərəfli hərbi-texniki əməkdaşlıqda hüquqların birgə mühafizəsi - hökumətlərarası razılaşma barədə qərar qəbul ediblər. “Ümumilikdə hərbi-texniki əməkdaşlıq sferasında ölkələr arasında 40 saziş və razılaşmalar mövcuddur. 2006-cı ilin mayından ikitərəfli hərbi –texniki əməkdaşlıq komissiyası funksionerlik edir” – araşdırmada xatırladılır: “O cümlədən, Rusiya və Azərbaycan hərbi təhsil və birgə təlimlər sahəsində də əməkdaşlıq edirlər. 2015-ci ildən hazırkı zamana qədər azərbaycanlı həbrçilər Rusiyanın Müdafiə Nazirliyinin təşkil etdiyi və xarici ölkə hərbçilərinin də qatıldığı Beynəlxalq Ordu Oyunlarında iştirak edir.

2010-ci ildən başlayaraq, ölkələr Xəzərdə birgə təlimlərdə iştirak etməklə yanaşı, Xəzər ölkələri regionundakı manevrlərdə də iştirakı olurlar.

2018-ci ilin sentyabrında Bakıda “Xəzər dənizinin bioloji resurslarının mühafizəsi, qanunsuz miqrasiya ilə mabarizə, kontrabanda silahlar, partlayıcı əşyalar və s. qadağa olunmuş yüklər” mövzusunda təlimlər keçiriblər. Rusiya tərəfindən sərhəd-mühafizə gəmisi “Brilliant” iştirak edib.

2000-ci ildən başlayaraq, Bakıda iki ölkənin müdafiə nazirlərinin “RF-nın ali məktəblərində hərbi kadrların hazırlanması” barədə razılaşma imzalandı və azərbaycanlı zabitlər və kursantlar Rusiyanın təhsil müəssisələrində ödənişsiz əsasda təhsil alırlar”.

Araşdırma məqalə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun fikirləri ilə başa çatdırılıb. SİTAT: “Hesab edirəm ki, bizim böyük perspektivlərimiz var və gələcəkdə biz hərbi-texniki əməkdaşlıq sahəsində çoxtərəfli əməkdaşlığımızı inkişaf etdirəcəyik”.

Beləliklə, həmin məqalədən də görünür ki, Rusiya ilə Azərbaycan arasındakı əməkdaşlıq, xüsusilə hərbi-texniki əməkdaşlıq sürətlə inkişaf edir və bu faktor hər iki ölkənin qonşuluq və dostluq maraqlarının daha da möhkəmlənməsinə xidmət edir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə