Paşinyanın “Mənim addımım” bloku seçki pozuculuğuna yol verib FAKT

Yerevan meriyasına və ağsaqqallar şurasına keçirilən seçkilərdə Nikol Paşinyanın lideri olduğu “Mənim addımım” blokunun seçki pozuculuğu aşkarlanıb. SİA erməni mediasına istinadən xəbər verir ki, parlamentin “Çiçəklənən Ermənistan” partiyasından olan üzvü Şake İsakyan bu barədə məlumat verib.

“2/11 saylı seçki məntəqəsində təkrar səsverməyə cəhdin qarşısı alınıb”, deyə qeyd edən Şake İsakyan bildirib ki, seçkin pozuculuğuna “Mənim addımım” bloku yol verib. İsakyan bu barədə öz Facebook səhifəsində yazıb: “Bəlli olub ki, “Mənim addımım” blokunun xeyrinə təkrar səsverməyə cəhd edilib”.

Xatırladaq ki, bənzər hallar digər seçki məntəqələrində də aşkarlanıb və baş nazir Nikol Paşinyanın bu günə qədər “demokratik seçki” barədə səsləndirdiyi fikirləri ifşa olunub.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə