"İran raket proqramını daha da gücləndirəcək" Ruhanidən MESAJ

İranda baş verən terror hadisəsindən sonra İran prezidenti Həsən Ruhani Tehranın raket proqramını gücləndirmək niyyətində olduğunu açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölkə rəhbəri deyib: “Biz heç zaman raket potensialımızı məhdudlaşdırmayacaq, gündən günə potemsialımızı daha da inkişaf etdirəcəyik. Raketlərimizin düşmənlərimizi qəzəbləndirməsi, bizim ən təsirli silaha malik olduğumu göstərir”.

Qeyd edək ki, hazırda İranın 3-3,5 min kilometr məsafədə hədəfləri vurmağa qadir olan orta səviyyəli raketləri var.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə