Ermənistan Minsk Qrupunun formatını dəyişmək istəmir

Ermənistan tərəfi Minsk Qrupunun sədri Anje Kasprşikin komandasının genşləndirilməsi məsələsinə etiraz edir. SİA Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN rəhbəri Zoqrab Manatsakanyan danışıb: “Formatın dəyişdirilməsi üçün istənilən addım effektiv olmayacaq. Biz buna qarşıyıq”.

Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentlərinin keçən ilin may ayında Venada keçirilən görüşü zamanı Minsk qrupu sədrinin səlahiyyətlərinin genişləndirilməsi haqda razılıq əldə olunub. Bu barədə Azərbaycan rəhbərliyi hər zaman razılığını bildirdiyi halda Ermənistan rəhbərliyi etiraz etməkdən əl çəkməyib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə