"Prezident dünyanın diqqətinə mühüm məsələləri çatdırmış oldu" MÖVQE-ÖZƏL

“Parlamentin yaranmasının 100 illik yubileyi ilə bağlı keçirilən tədbirlər Azərbaycan dövlətinin keçdiyi şərəfli tarixin göstəricisidir. Ötən gün keçirilən təntənəli tədbir ölkəmizin həm dostlarına, həm də düşmənlərə mesaj oldu”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.

Milli Məclisin yubileyi ilə bağlı keçirilən təntənəli tədbirin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı verilən qərarların bir davamı kimi qiymətləndirən siyasi şərhçi bildirib ki, bura keçirilən paradları, tarixi hadisələri gələcək nəsillərə ötürmək istiqamətində atılan addımları əlavə etmək olar.

Azərbaycan Prezidenti İlham Əliyevin Parlamentin yubiley tədbirində iştirakının mühüm əhəmiyyət kəsb etdiyini dilə gətirən A.Nağıyev söyləyib ki, ölkə başçısı beynəlxalq ictimaiyyətə Azərbaycan parlamentinin keçdiyi çətin və şərəfli yolu haqqında məlumat verməklə yanaşı, onların diqqətinə ölkəmizin həm daxili, həm xarici siyasəti, həm iqtisadi islahatlar, həm də hərbi sahədə potensialımızın daha da güclənməsi ilə bağlı qarşıya qoyulan məsələləri çatdırmış oldu: “Dövlət başçısı çıxışında Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycan üçün prioritet bir istiqamət olduğu bir daha bəyan etdi. Cənab İlham Əliyev qeyd etdi ki, Azərbaycan ərazisində ikinci bir erməni dövləti yaranmayacaq. Ölkə rəhbəri həmçinin vurğuladı ki, Azərbaycan problemin həllində biz sülh tərəfdarı olmasına baxmayaraq, torpaqlarımızın işğaldan azad edilməsi üçün güclü hərbi potensialı var və problemin həlli ilə bağlı bir variant olaraq aktualdır”.

Siyasi şərhçi qeyd edib ki, Prezident İlham Əliyev yubiley tədbirində çıxışı zamanı beynəlxalq aləmə bəyan etdi ki, ermənilərdən fərqli olaraq Azərbaycanın qarşısında duran əsas məsələ ərazilərimizin işğalçılardan təmizlənməsi, suverenliyin və milli təhlükəsizliyimizə olan təhdidlərin qarşısının alınması, iqtisadi layihələrin həyata keçirilməsi və bununla da Azərbaycan vətəndaşının sosial rifahını daha da yüksək səviyyəyə qaldırmaqdan ibarətdir: “Dövlət başçısı vurğuladı ki, məhz buna görə də Azərbaycan bütün regional və qlobal iqtisadi layihələrdə aparıcı rolda iştirak edir, beynəlxalq tədbirlərə ev sahibliyi edir, lakin ermənilərin qlobal layihələrdən təcrid edilir”.

A.Nağıyev əlavə edib ki, Azərbaycan Prezidentinin ötən günkü dövlətimizin Cümhuriyyət ənənələrinə daim sadiq qalacağını və bu ənənələri davam etdirəcəyini bir daha göstərmiş oldu.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə