"Avropa Birliyi təhlükədədir" Makrondan acı ETİRAF

Dəyişiklik və inkişafla dəyişməyən Avropa Birliyinin təhlükədə olduğunu açıqlayan Fransanın dövlət başçısı Emmanuel Makron Avropa Birliyində dərin islahatların əleyhinə olduğunu dilə gətirib. SİA-nın xəbərinə görə, Avstriyanın Zalsburq şəhərində Avropa İttifaqı ölkələri liderlərinin qeyri rəsmi sammitindən sonra mətbuat konfransı keçirən Fransanın dövlət başçısı zirvə toplantısında təhlükəsizlik və terrorla mübarizə ilə bağlı müzakirələrin aparıldığını, terrorla bağlı məlumatların internet üzərində yayılmasına qoyulan qadağanın önəmli olduğunu qeyd edib.

İngiltərənin Avropa İttifaqından çıxması məsələsinə münasibət bildirən Fransa prezidenti söyləyib ki, bu gün İngiltərə tərəfindən masa üzərinə qoyulan təkliflər qəbul edilə bilməz: “Avropa Birliyinə və ümumilikdə birliyə ziyan vuracaq anlaşmanı qəbul edə bilmərik”

Makron miqrantlarla bağlı problemin beynəlxalq qaydalara hörmət göstərməyənlər tərəfindən ortaya atıldığını dilə gətirib: “Avropa Birliyinin qaydalarına hörmət göstərməyənlər Aİ-nin fondlarından faydalana bilməyəcək”.

Makron, Avropanın şimal və cənubunun son 10 ildə görünməmiş maliyyə problemləri ilə qarşı-qarşıya qaldığı kimi, son 5 ildə də Şərq və Qərb olaraq miqrantlar mövzusunda ayrı seçkiliyin yarandığını qeyd edib. O, İtaliyanın son illərdə miqrantlarla bağlı məsələlərdə dayanıqlıq göstərmədiyini ifadə edərək, bu səbəbdən miqrantlara daha çox Fransa və Almaniyada sığınacaq verildiyini əlavə edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...