Angela Merkel Tereza Meyi təhqir etdi İNSİDENT+FOTO

Avstriyanın Zalsburq şəhərində Avropa İttifaqının qeyri-formal sammitinə qatılan Almaniya Kansleri Angela Merkel Böyük Brtitaniyanın baş naziri Tereza Meyi təhqir edib. SİA vesti.ru-ya istinadən xəbər verir ki, Tereza Meyin ona gülümsəyərək baxması və əl uzatmasına rəğmən, almaniyalı hökumət başçısı onun qarşısından diqqət vermədən keçib və qarşılıq verməyib.

Bildirilir ki, həmin vaxt Britaniyanın hökumət başçısı bir qrup avropalı liderlərlə söhbət edirmiş və həmin vaxt Merkel də bu qrupa yaxınlaşıb. Tereza Mey gülümsəyib və Merkelə əl uzadıb kansler isə buna rəğmən britaniyalı nazirə salam verməkdən imtina edib. Bunun əəvəzinə Merkel hərəkətini davam etdirərək, arxası ona tərəf olan Litvanın prezidenti Dalyu Qribauskayteyə yaxınlaşaraq, onunla görüşüb.

“Kimsə eşidib ki, Angela Merkel şəxsi söhbətlərinin birində deyib ki, Brexit üzrə danışıqlarda Böyük Brtitaniya bir az əziyyət çəkməlidir”, deyə BBC-nin siyasət şöbəsinin redaktoru Nik Uott sözügedən insidenti şərh edərkən bildirib.

Bildirilir ki, 2018-ci ilin oktyabrının sonlarına qədər Böyük Brtitaniya və Avropa İttifaqı üç mühüm məsələdə müəyyənləşmə aparmalıdır. Məhz bundan sonra Londonun Brüsseli tərk edəcəyi gözlənilir. Bunlar sazişi razılaşdırmaq, İrlandiya ilə sərhəd problemini həll etmək və gələcək əməkdaşlıq formatını müəyyən etməkdir.

Xatırladaq ki, 2016-cı ildə keçirilmiş referendumda britaniyalıların yarıdan çoxu ölkələrinin Avropa İttifaqından çıxmasına səs vermişdi. 2018-ci ilin iyununda isə Britaniya parlamenti ölkənin Avropa İttifaqını tərk etməsi barədə qərar qəbul edib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...