Rusiya XİN ABŞ-a barmaq silkələdi QALMAQAL

Sergey Ryabkov: “Odla oynamaq sərsəmlikdir, çünki bu təhlükəlidir”

Rusiyanin xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan edib ki, Vaşinqton düşünmədən Rusiya-ABŞ münasibətlərində gərginlik yaradaraq, qlobal stabilliyə xələl gətirir. SİA xəbər verir ki. Bu barədə Suriyanın sana.sy dövlət xəbər agentliyi məlumat verir.

Ryabkov Rusiya Federasiyasına qarşı ABŞ-ın sanksiyalarının genişləndirməsi məsələsini şərh edərkən həmçinin deyib ki, heç vaxt, heç kimdə bu alınmayacaq: “Vaşnqtonun sanksiya maşınının operatorlarına məsləhər veririk ki, heç olmasa səthi şəkildə olsa belə, bizim tarixlə tanış olsunlar və anlasınlar ki, onların səyləri sadəcə, boşa çıxacaq”, Rusiya XİN-nin rəsmisi vurğulayıb.

Diplomat eyni zamanda bildirib ki, amerikalılar Rusiyaya qarşı atdıqları hər bir addımda dərindən düşünməlidirlər: “Odla oynamaq sərsəmlikdir, çünki bu təhlükəlidir”.

Qeyd edək ki, Birləşmiş Ştatlar sanksiyalar siyahısına Rusiyadan olan 33 fiziki şəxsin adını əlavə edib. Amerikalılar bu şəxslərin müdafiə və kəşfiyyat sektoru ilə əlaqəli olduğunu iddia edirlər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...