Əsgər anaları Paşinyandan narazıdırlar

Ermənistanda qeyd edilən müstəqillik günü ilə bağlı Nikol Paşinyan və hökumət üzvləri “Yerevandakı “Yerablur” hərbi panteonunu ziyarət ediblər. SİA Ermənistan KİV-nə istinadən xəbər verir ki, övladları müharibə vaxtı itkin düşmüş erməni anaları Paşinyanın mərasim zamanı onlara diqqət ayırmamasından narazı qalıblar.

“Bu gün 1000 itkin düşmüş var və onlar dəfn edilməyib. Ölənlərin heç olmasa qəbri var. Siz gəlib keçdiniz amma bizə heç baxmadınız. Halbuki nəvələrimiz sizə şeir oxumaq istəyirdi. Gəlib, baş əyirsiz amma itkin düşənlərin abidəsinə heç baxmırsınız”-deyə qadınlardan biri deyib.

Övladı əsgərlikdə ölən qadınlardan biri isə Paşinyanın heç olmasa 10 dəqiqə onlara vaxt ayırmamasından gileylənib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...