“Jamanak”: “Nikol Paşinyan konstitusiya dəyişikliklərini həyata keçirə bilməyəcək”

Ermənistanın baş naziri Nikol Paşinyan yazda keçirilməsi planlaşdırılan növbədənkənar parlament seçkilərinin vaxtını daha öncəyə - noyabr-dekabr aylarına çəkmək fikrindədir. SİA “Jamanak” qəzetinə istinadən xəbər verir ki, o, yaza qədər həm özünün, həm də rəhbərlik etdiyi hərəkatın reytinqinin kifayət qədər aşağı düşəcəyini anlayır.

“Qışa keçid dövrü yeni hakimiyyətə dəstək verən tərəfdarlar ordusunun sıralarının seyrəldəcək”, yazan erməni qəzeti həmçinin bildirir ki, Nikol Paşinyan konstitusiya dəyişikliklərini həyata keçirə bilməyəcək, belə ki, mövcud parlament həmin dəyişikliklərə səs verməyəcək: “Parlamentin buraxılması üçün yeganə variant isə onun istefasıdır. Parlament çoxluğunun – Respublika partiyası fraksiyasının namizəd olaraq irəli sürəcəyi şəxsin baş nazir seçdirməməsi üçün Paşinyan 24 saatlıq mitinqlər təşkil etmək, parlament binasının qarşısını kəsmək niyyətindədir. O, bu vasitə ilə parlamentin ən azı iki həftə iclas keçirməsinə mane olmalıdır”.

“Əgər Yerevanda daha öncədən planlaşdırılmış Frakfonni sammiti ona mane olmasaydı Nikol Paşinyan bu proqramını realizə etmək üçün hətta bu gündən başlaya bilərdi”, “Jamanak” yazır.

RÖVŞƏN

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...