Robert Koçaryan: “İnqilab ideyalarını onu başladanlardan xilas etmək lazımdır”

Ermənistanın ikinci prezidenti Robert Koçaryan erməni xalqını müstəqillik günü münasibəti ilə təbrikində mövcud hakimiyyətə qarşı növbəti ittihamlarını irəli sürüb. SİA xəbər verir ki, erməni informasiya portalı “aysor.am”da ictimailəşdirilən təbrikdə bir sıra tənqidi fikirlə yer alıb.

“Biz, müstəqilliyimizin 27-ci ildönümünü unikal situasiyada qarşılayırıq”, deyən Koçaryan bildirib ki, bu ilin mayında baş vermiş inqilab, başlayan proseslər və davam edən hadisələr Ermənistanın dövlətçiliyi üçün yeni sınaqdır: “O dəyərlərə görə ki, insanlar küçələrə çıxmışdı, indi zərbə altındadırlar. Sevgi, dəstək şüarları altında baş verənlər həmin insanların liderlərinin gücü ilə nifrətə, qisasa və qanunsuzluğa doğru getməkdədir”.

“Taleyin ironiyasına görə, artıq bu gün inqilab ideyalarını onu başladanlardan xilas etmək lazımdır”, qeyd edən Koçaryan erməni xalqının bu çəətinliklərdən çıxacağına inandığını deyib.

RÖVŞƏN

Bütün xəbərlər Facebook səhifəmizdə