Tramp yenidən OPEC-i günahlandırıb

ABŞ Prezidenti Donald Tramp yenidən Neft İxrac Edən Ölkələr Təşkilatını (OPEC) günahlandırıb. SİA-nın verdiyi məlumata görə, Donald Tramp öz “twitter” səhifəsində bunları yazıb: “Biz Yaxın Şərq ölkələrini qoruyuruq, biz olmasaq onlar uzun müddət güvəndə ola bilməzlər. Onlar isə neftin qiymətini daha da yüksəltməyə davam edir. Bunu unutmayacağıq. OPEC indi neftin qiymətini azaltmalıdır”.

ABŞ Prezidenti daha əvvəllər də OPEC-in yığıncaqları ərəfəsində karteli hədəf olan bəyanatlara çıxış edib.

Xatırladaq ki, sentyabrın 23-də Əlcəzairdə OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) növbəti – X iclası keçiriləcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə