“Kütlə Paşinyanın boğazından tutub iş tələb edəcək” ÖZƏL-MÖVQE

“Ermənistanın baş naziri Nikol Paşinyan iş adamı deyil, əksinə söz adamıdır”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, Paşinyan məsuliyyətsiz bəyanatları ilə hələlik ermənilərin etmiadını əlində saxlaya bilib: “O kütlənin nə olduğunu, nə istədiyini yaxşı bilir. Bu səbəbdən də kütlə səviyyəsində çıxışlar etmək, bəyanatlar vermək istəyirdi. Təbii ki, bununla da reytinqini qorumağa çalışırdı. Əslində isə o verdiyi vədlərin heç birini yerinə yetirmir. Paşinyan ölkəyə investisiya gətirəcəyi vədini vermişdi amma hələ bir qara qəpik investisiya da gəlməyib. Eləcə də yeni iş yerləri açacağını vəd etmişdi, bu da baş vermədi. Əhalinin maddi rifah halını yüksəldəcəyini, sosial proqramları gücləndirəcəyini demişdi təbii ki, bu istiqamətdə də heç bir səy yoxdur. Yəni faktiki olaraq o kütləni sözlə bəsləyir və sözlə onların müəyyən tələbatlarını hələki ödəyə bilir. Amma bir zaman hesabat vermək vaxtı gələndə kütlə Paşinyanın boğazından tutub ondan konkret işlər tələb edəcək. Onda da Paşinyan söz tapa bilməyəcək”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə