Lukaşenko və Nazarbayev Paşinyana rədd cavabı verib!

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovun dəyişdirilməsi məsələsi ilə bağlı üzv ölkələrlə məsləhətləşmələr davam etdirilir. Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan jurnalistlərə açıqlamasında bildirib.

Bu günlərdə baş nazir Nikol Paşinyanın KTMT-də baş katib dəyişdirilsə də, Ermənistanın bu postu əlində saxlaya biləcəyinə dair hər cür əsasa malik olduğunu bəyan etməsinə diqqət çəkən jurnalistlər Mnatsakanyandan bununla bağlı şərh istəyiblər. Lakin o, məsələyə dair şərh verməkdən imtina edərək, sadəcə “danışıqlar davam edir” deməklə kifayətlənib.

Ermənistan və Rusiyadakı analitik mərkəzlər isə Paşinyanla eyni nikbinliyi bölüşmürlər. Rusiyalı hərbi ekspert Vladimir Yevseyev hesab edir ki, Xaçaturovdan sonra Ermənistan KTMT-dəki baş katib postundan məhrum olacaq.

“Paşinyanın nikbinliyi özünü doğrultmayacaq. Çünki Xaçaturovdan sonra baş katib postunun Ermənistanda qalması üçün Paşinyan Lukaşenko və Nazarbayevlə söhbət edib. Lakin aydın olub ki, onlar Paşinyana rədd cavabı veriblər və Ermənistan bu məsələdə dəstəksiz qalıb. KTMT-nın yaxın zamanda baş tutacaq növbəti sammitində baş katib postu Belarusa keçəcək”, – deyə Yevseyev vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...