Paşinyan Trampla görüşə bilməyəcək

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-a səfəri çərçivəsində prezident Donald Trampla görüşə bilməyəcək. SİA Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə nazir Zoqrab Mnatsakanyan açıqlama verib: "“Paşinyan-Tramp görüşünün təşkil edilməsi vaxt tələb edir. Biz ABŞ hökuməti ilə əlaqədəyik və qərar vermək üçün fərqli meydanlarımız var”.

Paşinyanın Nyu-York səfəri sentyabrın 23-də başlayacaq.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə