“Saqatelyan Ermənistana qarşı” işi: “Hakimiyyət 15 600 + 5000 avro ödəməlidir” QƏRAR

İnsan Haqları üzrə Avropa Məhkəməsi (İHAM) “Saqatelyan Ermənistana qarşı” işi üzrə məhkəmə işinin qərarını bəyan edib. SİA “tert.am”a istinadən xəbər verir ki, qərara görə, Ermənistan hakimiyyəti şikayətçiyə 15 600 avro kompensasiya ödəməklə yanaşı, mənəvi ziyana görə də 5000 avro ödəməlidir. Bu barədə İHAM-nin rəsmi saytında da məlumat yer alıb.

Xatırladaq ki, 1 mart 2008-ci il hadisələri çərçivəsində uzun müddət idi ki, həmin iş üzrə məhkəmə iclasları keçirilib və sonda verilən qərara görə, Ermənistan hakimiyyəti yuxarıda qeyd edilən məbləği şikayətçiyə ödəmək məcburiyyətindədir.

Onu da qeyd edək ki, 1 mart hadisələrinə görə daha bir neçə Ermənistan vətəndaşı Avropa Məhkəməsinə şikayət edib və öz növbələrini gözləyirlər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə