Jamanak”: “Ermənistanda telefonla danışığa qadağa qoyulub”

“Jamanak” qəzeti yazır ki, MTX və Xİİ rəhbərlərinin telefon danışıqlarının audioyazısı mediada ictimailəşdiriləndən sonra respublikada fəaliyyət göstərən bir sıra dövlət müəssisələrindəki yüksək çinli məmurlar, şəhər merləri, eləcə də digər idarə və müəssisələrin rəhbərləri öz işçilərinə mühüm məsələlərlə bağlı telefon danşıqları aparmalarına qadağa qoyaraq, hətta onları təhdid də ediblər. “Hətta Facebookda yazışmaların da aparılmasına qadağalar qoyulub”, deyə yazan erməni nəşrinə görə, rəhbərlər “ola bilsin ki, bizi izləyirlər” kontekstindən çıxış edərək, artıq Vanadzorda bir neçə dəfə hadisələrin yalandığını da yazıb.

“Yəni vəzifəli şəxslər telefon danışıqlarına qulaq asma bəhanəsi ilə təhdidlər edərək, əslində, özlərinə qarşı hər hansı bir sabotajın baş verməsinin qarşısını almağa çalışırlar”, “Jamanak” qeyd edir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə