Artak Zeynalyan: “Ermənistanda siyasi böhrandır”

“Yerevanın ağsaqqalar şurasına keçiriləcək seçkilər qarşıdan gələn növbədənkənar parlament seçkilərinin siyasi mənzərəsini və əhval ruhiyyəni müəyyən mənada aydınlaşdıracaq”. SİA erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində şəhər merliyinə “Luys” blokundan olan namizəd Artak Zeynalyan deyib. Onun sözlərinə görə, Yerevanda Ermənistanın yarısını təşkil edən əhali yaşayır və təbii ki, bu seçkilər növbədənkənar seçkilərin keçirilməsi üçün yoxlama funksiyasını daşıyacaq.

Zeynalyan ölkəsində böhran olduğunu da bildirib: “Ermənistanda açıq-aşkar siyasi böhran yaşanır”, deyən merliyə namizəd növbədənkənar seçkilərin keçirilməsinin vacib olduğunu bildirib və xalqın mövcud parlamentə etimad göstərmədiyini deyib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə