Mübariz Qurbanlı: “Hər il xeyli sayda vətəndaşımız qanvermə aksiyasına qoşulur” ÖZƏL-AÇIQLAMA

“İmam Hüseyn (ə) əzadarlığı ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsi vaxtilə fətva verib”. Bunu SİA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədrinin sözlərinə görə, həmin fətvada bu əzadarlığın qeyd olunması zamanı insanların zəncir vurması, xəncərlə qan çıxarması kimi hərəkətlərin doğru olmadığını göstərərək həmin hadisələr zamanı savab iş görərək, xeyirxahlıq nümunəsi göstərərək qanvermə aksiyasına qoşulmağa çağırılıb: “Beləcə çoxlu sayda vətəndaşlarımız hər il bu qanvermə aksiyasına qoşulur. Son illər İran və Türkiyədə də bu qanvermə aksiyasına bənzər aksiyalar məhz İmam Hüseyn (ə) əzadarlığı dövründə həyata keçirilir. Bunun ən böyük üstünlüyü odur ki, din yolunda, Allah yolunda, İmam yolunda siz savab bir işə imza atmış olursunuz və başqa xürafat elementlərini təkrar etmirsiniz. Təbii ki, bu da tərbiyəvi əhəmiyyət kəsb edir, hümanist və insani bir addımdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...