Siyavuş Novruzov: “Səs” İnformasiya Agentliyinin böyük tarixi var” ÖZƏL-MÜNASİBƏT

“Səs” İnformasiya Agentliyinin yaranmasının 10 illiyi münasibətilə təbrik edirəm, uğurlar arzulayıram”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

YAP İcra katibinin müavinin sözlərinə görə, “Səs” İnformasiya Agentliyi qısa müddətdə fəaliyyətə başlasa da, çox böyük tarixi var: “Agentlik “Səs” qəzetinin bazasında formalaşan bir media qurumudur. Amma bununla yanaşı özündə müasirliyi, inkişafı, tərəqqini əks etdirib. “Səs” İnformasiya Agentliyi ölkəmizin hər bir yerindən, hər bir sahəsindən mütəmadi olaraq Azərbaycan ictimaiyyətini informasiya ilə təmin edir. Bir sözlə, Agentlik az sayda kollektivlə çox böyük işlər görür. Mən kollektivə uğurlar arzulayıram və təbrik edirəm”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə