Robert Koçaryan: “Paşinyan tez yanıb, yox olacaq meteoritdir”. İTTİHAM

Ermənistanın ikinci prezidenti Robert Koçaryan Rusiyanın “Kommersant” qəzetinə açıqlamasında siyasi proseslərə qoşulacağını bəyan edib. SİA xəbər verir ki, bu barədə “aysor.am” saytı yazıb. “Bu, siyasi partiya, hərəkat, yaxud mümkündür ki, hər hansı digər siyasi partiya ilə fəal əməkdaşlıq da ola bilər” da ola bilər”, deyən Koçaryan hələlik, bu istiqamətdə müəyyənləşdirmə aparmadığını bildirib. O, öz fikirlərini belə əsaslandırıb: “O cümlədən, nəyin baş verdiyini deyə bilmərəm, çünki Ermənistanda nəyin baş verdiyini heç kim bilmir”.

Koçaryan sadəcə qeyd edib ki, Ermənistanda hakimiyyət dəyişikliyi olub, deyə bildirən ölkənin ikinci prezidentinə görə, Paşinyan ölkədə etiraz ab-havasını hiss edərək, zamanında onlara rəhbərliyi üzərinə götürdü ki, bu da hakimiyyətin dəyişməsi ilə nəticəsini tapıb. O, həmçinin qeyd edib ki, insanlar əvvəlki hakimiyyətlərdən yorulmuşdu: “Əks halda, bu qədər kütləvi hərəkat çətin ki, baş verərdi. Lakin bilirsiniz, hakimiyyətə populuzmlə də yiyələnmək olar – tarixdə bu kimi nümunələri göstərmək mümkündür. Belə situasiyalarda hakimiyyətə gəlmək asandır, eləcə də hakimiyyəti tərk etmək daha çətindir. Sən populizmlə gəlirsən, ancaq gedərkən fəxrlə, real nəticələrlə getmək lazımdır. Ötən dörd ay göstərdi ki, hələ bütün istiqamətlərdə mövcud olan problemlər üzrə akkumulyasiya gedir və bu da mənim siyasətə geri dönməyimə olan səbəblərdən biridir”.

Koçaryanın sözlərinə görə, hakimiyyətin nə qədər kompetent olmasını, hansı dəyərlərə söykəndiyini və sistemli iş apara bilməsini öyrənmək üçün, dörd aylıq müddət kifayətdir. Robert Koçaryan həmçinin deyib ki, ötən müddət ərzində o, anlayıb ki, yeni hakimiyyət xaotikdir və iqtisadiyyatdan baş çıxara bilmir, eləcə də açıq fəaliyyət proqramı yoxdur. “Hakimiyyətin heyəti eklektikdir, açıq geopolitik prioritetlər mövcud deyil”, ölkəsinin ikinci prezidenti deyib.

Robert Koçaryan Nikol Paşinyanı Uqo Çavesə bənzədib: “Ola bilsin ki, o kifayət qədər liderliyə malikdir, ancaq onun populuzmə doğru can atması məndə ciddi narahatlıq doğurur. O, mənə Latın Amerikasının populuzmi stilində Uqo Çavesi xatırladır. Əgər analoji tərəfdən yaxınlaşarsaq, bu çox bənzərdir”.

Koçaryan onu da bildirib ki, “Paşinyan ola bilsin ki, tez yanıb, yox olacaq meteorit, ya da kometdir”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə