Paşinyan keçmiş vəzifəliləri uzaqlaşdırır və aşağılayır

“Hraparak”: “Deputat Muradyanın kürəkəni Simonyana sıravi işçi kimi qalmaq təklifi verilib”

“Hraparak” qəzetinin yazdığına görə, Nikol Paşinyan hökuməti keçmiş hakimiyyətdə təmsil olunan, eləcə də dövlət aparatında çalışmış bütün şəxsləri vəzifələrindən uzaqlaşdırır. SİA adıçəkilən nəşrə istinadən xəbər verir ki, növbəti “qurban” Ermənistan parlamentinin Respublika partiyasından olan fraksiya üzvü Murad Muardyanın kürəkəni Gevork Simonyandır. Belə ki, ona Ararat vilayətinin istintaq idarəsinin rəisi vəzifəsindən istefa verərək, “öz xoşu ilə getməsi” barədə ultimatum verilib.

Lakin maraqlı məqamlardan biri də budur ki, Paşinyanın adamları yüksək vəzifə statusundan məhrum olunan Muradyanı aşağılamağa da macal tapıblar. “Hətta ona böyük minnət də qoyulub – ona həmin sistemdə sıravi işçi kimi qalmaq təklifi verilib”, yazan “Hraparak” Simonyanın yerinə Ambakum Qriqoryanın təyin olunduğunu yazır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...