Paşinyanlıq Kərimlinin üzündən tökülür

Ermənistanın küçədən gəlmiş baş naziri Nikol Paşinyanın bugünlərdə pafosla etdiyi məlum və sərsəm çıxışının ardınca, ağıla gələn ilk fikir onun AXCP sədri Əli Kərimliyə bənzərliyi oldu. Daha doğrusu, erməni baş nazirinin istər Azərbaycan dövlətinin maraqlarına qarşı, istər böhtan və şantajlarla dolu etdiyi çıxışlarının hər birindən bilavastə Əli Kərimlinin cizgiləri görünürdü. Sadəcə, ortada olan yeganə fərqlilik onların fizianomiyalarının, yəni sifət quruluşlarının ayrı-ayrı olmasıydı ki, bunun da mövzuya heç bir dəlaləti yoxdur. Mövzuya dəlaləti olan isə hər ikisinin beyinlərinin demək olar ki, eyni şəkildə ucuz düşüncələrə malik olmasıdır. Belə ki, həm Nikol, həm də Əli ucuz pafosdan doğan “siyasət” yürütməklə, siyasi divident axtarışındadırlar.

Bu dalan onun sonuncu dayanacağı da ola bilər, hətta olacaq da...

Yeri gəlmişkən, Nikol Paşinyanın öz oğlunu guya ki, işğal altındakı torpaqlarımıza, cəbhə bölgəsinə hərbi xidmətə göndərməsi artıq erməni ictimaiyyətində müzakirə mövzusuna çevrilib. Bəlli olub ki, onun oğlu heç də Cəbrayılda hərbi xidmət keçmir, əksinə, Xankəndində yüksək səviyyədə istirahət edir. Bununla bağlı erməni bloggerlərinin də müxtəlif sosial şəbəkələrdə yaydıqları məlumatlar mövcuddur. Məhz oğlu, ailəsi üzərində ucuz, əttökən siyasət yürüdərək, boğazını yırtıb, itirilməkdə olduğu reytinqini geri qaytarmağa cəhd edən Paşinyan reallıqda özünü daha da dalana dirəmiş oldu. Bu dalan onun sonuncu dayanacağı da ola bilər, hətta olacaq da...

Ümumiyyətlə, son vaxtlar onun ölkəsində artan narazılıqlar, qalxan etirazlar diktatura və avtoritar rejimin qısa zamanda çökəcəyindən xəbər verməkdədir.

Məsələdən və mövzudan tam yayınmayaraq, keçid edək AXCP sədri Əli Kərimliyə. Belə ki, bu “ana müxalifət liderinin” Paşinyana bənzərliyi əsasında dayanan onun öz partiyası daxilində yaratdığı avtoritar və diktatura rejimidir.

İkisini də eyni...

Diigər məsələyə də diqqət yetirək. Misal üçün, Paşinyan da mitinqlərdən əl çəkə bilmir, Kərimli də. Paşinyan da Azərbaycan xalqına və dövlətinə düşməndir, Kərimli də. Paşinyan da eyforiyaya qapılaraq, zamanından tez proqnozlar və qərarlar verib özünü gülünc vəziyyətinə salır, Kərimli də. Bu sıralamanı artırmaq da mümkündür. Hətta bilməyən olarsa, Nikolla Əlinin qardaş olduğunu da deyər...

Beləliklə, fakt budur ki, əgər bu gün Əli Kərimlinin ermənipərəstliyi, erməni sevdalısı olmasından qətiyyət təəccüblənməyə dəyməz. Əgər Kərimli sabah mitinqdə erməni dilində çərənləsə, yenə də təəccüblənməyə dəyməz. Hər halda, paşinyanlıq onun sifətindən tökülür. Hələ deyərdim ki, Paşinyanın da üzündən Kərimlilik axır. Fərqi yoxdur, ikisi də eyni...

RÖVŞƏN

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...