Rusiyalı ekspert: "Paşinyan qeyri-peşəkar hərəkətləri ilə vəziyyəti gərginləşdirir"

"Ermənistan hakimiyyəti öz qeyri-peşəkar hərəkətləri ilə vəziyyəti gərginləşdirir." Bunu Trend və "Azərnyus"a müsahibəsində beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov deyib. Ekspert qeyd edib ki, Nikol Paşinyanın Dağlıq Qarabağın gələcəkdə Ermənistanın tərkibinə qatılacağı barədə Moskvadakı açıqlamaları populist və əsassız fikirlərdir və müasir siyasi reallığa əsaslanmır:

“Bundan başqa, fikrimcə, bu cür bəyanatlar Moskvanın münaqişəni dinc yolla həll etmək səyləri fonunda təxribatçı görünür. N.Paşinyan Ermənistanın Azərbaycanla müharibəyə can atan qüvvələrinin xoşuna gəlməyə çalışır. Onun Rusiya ilə strateji ittifaqı davam etdirmək istədiyini nəzərə alsaq, bu, baş nazirin böyük səhvidir”.

Y.Mixaylov qeyd edib ki, Ermənistandakı siyasi dəyişikliklərdən, xüsusilə də indiki hakimiyyətin tamamilə qeyri-konstruktiv davranışından asılı olmayaraq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilk növbədə regionda sülhün və təhlükəsizliyin təminatçısı olmaq istəyən Rusiya üçün vacibdir:

“N.Paşinyanın Dağlıq Qarabağ məsələsi ilə bağlı vəziyyəti qavramasının adekvatlığı barədə suala cavab verməkdə çətinlik çəkirəm. Ermənistanın indiki hökuməti qeyri-peşəkar hərəkətləri ilə vəziyyəti gərginləşdirməkdən başqa heç nə etmir. Bəzən isə çoxəsrlik dostluğu rəhbər tutaraq Moskva ilə dialoqu yoluna qoymağa çalışır, amma fikrimcə, Yerevan bu amillə oyun oynayır”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...