Eldəniz Səlimov: “Ermənistanda hadisələr vətəndaş müharibəsinə doğru istiqamətlənib” MÜSAHİBƏ

Millət vəkili Eldəniz Səlimovun SİA-ya müsahibəsi

- Eldəniz müəllim, Rusiya prezidentinin Azərbaycana səfəri ərəfəsi Ermənistan hakim rejimi Dağlıq Qarabağda cəbhə xəttində təxribatları genişləndirib. Bunu nə ilə əlaqələndirmək olar?

- Rusiya Prezidentinin Azərbaycana səfəri ərəfəsində Ermənistan hakimiyyəti rejimi Dağlıq Qarabağda cəbhə xəttində təxribatları ona görə genişləndirmək istəyir ki, öz xalqına bildirsin ki, Rusiyada keçirdiyi görüşlərdə müəyyən məsələlər razılaşdırılıb. Bu Paşinyanın siyasi şou yaratmaqdan başqa bir şey deyil. Təsəvvür yaratmaq istəyir ki, biz Azərbaycana güzəştə getməyəcəyik. Məlum olduğu kimi hal-hazırda Ermənistanda hadisələr vətəndaş müharibəsinə doğru istiqamətlənib.

- Vaxtaşırı olaraq, Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qeyri konstruktiv mövqe ortaya qoyur. Bu o deməkdir ki, Paşinyanla sülh yönündə danışıqlar aparmaq mümkün olmayacaq?

- Paşinyan hakimiyyətə gəldiyi vaxtdan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qeyri konstruktiv mövqeyi başa düşüləndir. Çünki onun hakimiyyətdə öz yerini möhkəmləndirmək üçün şou məqsədli bəyanatlara ehtiyacı var. Bu gün Ermənistanda daxili vəziyyət kritik haldadır. Paşinyan hakimiyyəti öz başını itirib bilmir kimə nə desin. Bəzən cəbhə bölgəsində təxribat yaradar, bəzən xalqa yalan məlumatlar yaymaqla vaxtı uzadaraq bəlkə də xalqı aldada bilər. Paşinyan sülh yolunda aparılan danışıqlara öz hərəkəti ilə mane olmağa çalışır.

- Ermənistanda vətəndaş müharibəsi baş verərsə Dağlıq Qarabağ münaqişəsində vəziyyət necə olacaq?

- Paşinyanın ölkəsində apardığı “islahatlar” ölkədə yeni çaxnaşmaların yaranmasına xidmət edir. Sarkisyan - Köçaryanın kifayət qədər ətrafı və xaricdən dəstəkləri var. Bu amillər Paşinyana qarşı qoyulur, nəticədə qarışıqlıq vətəndaş müharibəsinə yaxınlaşdığı hiss olunur. Hadisələrin gedişi göstərir ki, Paşinyan hakimiyyətinin sonu görünmür. Vətəndaş müharibəsi baş versə Dağlıq Qarabağ münaqişəsinin həllinə vasitə ola bilər.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...