“Prezident övladının sadəliyi, vətənpərvərliyi hər kəsə nümunə olmalıdır”

"Möhtərəm Prezident İlham Əliyev yalnız dövlət başçısı və ya ölkənin, regionun ən böyük siyasi qüvvəsi olan bir partiyanın - Yeni Azərbaycan Partiyasının sədri deyil o, hər şeydən əvvəl müdrik bir şəxsiyyətdir. Cənab Prezident barəsində düşünərkən onun adının önündə çox daha ali adların, titulların dayandığı heç kəsdə şübhə doğurmur. Hətta onun rəqibləri belə tez-tez onun idarəetmə qabiliyyətini etiraf etmək məcburiyyəti qarşısında qalırlar". Bu barədə SİA-ya Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov deyib.

O bildirib ki, Cənab Prezident liderdir, öncüdür, yol göstəricidir: "Cənab Prezident xalqının layiqli oğlu və rəhbəridir. Cənab Prezident Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısıdır. O, xalqının dayaq nöqtəsi, xalqının istinadgahıdır".

Vüqar Seyidov qeyd edib ki, Azərbaycan Prezidenti öz böyüdüyü ailə də, öz valideynlərindən gördüyü tərbiyəni, vətənpərvərliyi, mübarizliyi, dövlətçilik adət-ənənələrinə sadiqliyi, vətənə sədaqət hissini öz idarəetdiyi ailəsinə də, mükəmməl şəkildə ötürə bilib: "Gənc Heydər Əliyevin sadəliyi, əxlaqı, milli ruhda böyüməsi bütün xalqımızın gənclərinə nümunə sayıla bilər. O, hər zaman xalqının, ailəsinin babasının, atasının, anasının adına layiq böyümüşdür.

Azərbaycan gəncinə xas bütün insani, əxlaqi, milli keyfiyyətləri özündə birləşdirən gənc Heydər Əliyev bu gün gənc əsgər Əliyev kimi, digər əsgər yoldaşlarından fərqlənmədən dövlətinin ərazi bütövlüyünü, sərhədlərini, dövlət təhlükəsizliyini qoruyacağına təntənəli sürət də and içdi. Hər bir əsgər atası və anası kimi cənab Prezident İlham Əliyev və möhtərəm Birinci xanım Mehriban xanım Əliyeva bütün titullarından azad, elə sadə valideyn kimi bu mərasimdə iştirak etdilər. Sıravi vətəndaşların təbriklərini qəbul etdilər, digər əsgər valideynlərini təbrik etdilər. Bax budur əsil lider, xalqın içindən gələn, onun qayğılarını öz qayğıları bilən, xalqı ilə bütövləşən lider belə olmalıdır. Cənab Prezident və ailəsi bir daha sadəliyini göstərdi, təmtəraqdan uzaq. O, dayandığı məqamda və mərtəbədə əslində xalqa xidmətə və xalqın sevgisi ilə dayandığını sübut etdi. Hər bir Azərbaycan vətəndaşı kimi mən də, Prezidentimlə, liderimlə qürur duyuram hər zaman. Onun bu addımı onunla bir daha və yenidən qürur duymağıma səbəb oldu".

4 il əvvəl gənc Heydər Əliyevin ali təhsil məsələsi ortalığa çıxan zaman cənab Prezident öz aliliyini göstərdiyini xüsusi vurğulayan YAP-ın təşkilat sədri söyləyib ki, dövlət başçısı bütün imkanlara rəğmən onun məhz vətəndə təhsil alacağını, özü də, ana dilində təhsilini davam etdirəcəyini bildirmişdir:"Bu hadisə o vaxtlar bir çoxlarına hətta nümunə oldu. Xaricdə təhsil almağı düşünən gənclərimiz Prezident oğlundan nümunə götürüb, məhz öz ali təhsil müəssisələrimizi seçdilər. Məqsəd də, elə bu idi. Nümunə olmaq! Bu gündə, möhtərəm, cənab Prezidentin və Prezident oğlu Heydər Əliyevin bu addımı hərbi xidmətdən yayınan, müxtəlif səbəblərdən vətən borcunu verməyi düşünməyən gənclərimizə nümunə olacaq.

Əgər ölkə başçısı, Ali Baş komandan, müharibə şəraitində öz övladını hərbi xidmətə ləyaqətlə yola salırsa, o halda hər kəs öz vətən xidmətini, torpaq borcunu şərəflə yerinə yetirəcək. Prezident oğlunun sadəliyi vətənpərvərliyi hər kəsə nümunə olmalıdır".

Vüqar Seyidov təəssüflə bildirib ki, adlarını vətənpərvər qoyan, əslində isə vətən sevgisindən xəbərləri olmayan bəzi siyasətbazlar, dağıdıcı meydan təfəkkürünü özlərinə siyasi kurs kimi seçənlər öz övladlarına ölkəmizdə ali təhsil almağı yaraşdırmayırlar, həm də, bu yolla onları hərbi xidmətdən yayındırırlar:"Hesab edirəm bu kimi insanlar cənab Prezidentin bu addımından nümunə götürməlidirlər. Xalqının, nəslinin, ailəsinin, babasının, atasının yolu ilə gedən gənc Heydər Əliyev, adının böyüklüyünün fərqinə vardı, amma altında əzilmədi, məğrur, əlində silah vətəninə xidmət etməyə yollandı.

Andiçmə mərasimində təntənəli sıra keçid zamanı gənc əsgər Heydər Əliyev sübut etdi ki, o, vətənini qorumağa, ülvi hisslər uğuruna bir çox imtiyazından keçməyə hazırdır. Prezident bir daha öz müdrikliyini, aliliyini, uzaqgörənliyini, vətənpərvərliyini nümayiş etdirdi. Xalqının layiqli lideri olduğunu, cəsarətli sərkərdəsi, Ali Baş komandanı olduğunu bütün dünyaya sübut etdi. Biz Sizinlə fəxr edirik, möhtərəm Prezident!

Ulu tanrı, sizi və bütün əsgərlərimizi, zabitlərimizi, vətən keşiyində dayan hərbiçilərimizi qorusun. Tezliklə qara buludlar ölkəmizin üzərindən götürülsün, ölkəmizdə hər zaman sülh və əmin-amanlıq olsun!".

Müəllif: Minarə Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...