“Putin Azərbaycana münaqişənin həlli ilə əlaqədar təkliflərlə gələ bilər” AÇIQLAMA-ÖZƏL

“Putin Bakıdan sonra İrəvana da getməlidir. Lakin reallıq odur ki, Azərbaycan Rusiya münasibətləri artıq bir sıra sazişlərlə daha da yaxınlaşıb. Sonuncu Soçi səfərində imzalanan sənədlər buna əyani sübut idi”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov

Putinin Azərbaycana səfəri zamanı yalnız Dağlıq Qarabağla bağlı danışıqların aparılacağını söyləməyin düzgün olmadığını dilə gətirən politoloq söyləyib ki, Azərbaycan Rusiya ilə bir sıra sahələr üzrə bağlıdır.

Onun sözlərinə görə, Putin Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar təkliflə gələ bilər: “Bizim Rusiya ilə yaxınlığımız, Rusiyanın Türkiyə ilə əməkdaşlığının artması, Ermənistanda qalmaqallı vəziyyət və digər məsələləri nəzərə alsaq Rusiya prezidentinin Azərbaycana təkliflərlə gələcəyi gözlənilir. Bütün bunlar Rusiyanın problemin həlli ilə bağlı ciddi addımlar atmasına vadar edir.

Qeyd edək ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin sentyabrın 25-də Azərbaycana səfər edəcək. Sentyabrın 25-də prezidentlər İlham Əliyev və Vladimir Putin arasında keçiriləcək işgüzar görüşdə tərəflər sentyabrın 1-də baş tutmuş Soçi görüşündə razılaşdırılmış və yarımçıq qalmış məsələlər üzərində işləyəcəklər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə