Erməni mətbuatı Nikol Paşinyanın yanlış kadr siyasətindən yazır

“Hraparak” qəzeti : “Parlamentdə yaradılmış istintaq komissiyası səriştəsiz respublika prokurorluğunun funksiyasını icra edəcək”

Parlamentdə yaradılmış istintaq komissiyası səriştəsiz respublika prokurorluğunun funksiyasını icra edəcək. Ermənistanın “Hraparak” qəzetinin yazdığına görə, parlamentdə yaradılmış İstintaq komissiyası Milli Təhlükəsizlik Xidmətinin direktoru ilə Xüsusi İstintaq İdarəsinin rəisi arasındakı telefon danışığına gizli qulaq asılması ilə bağlı məsələni araşdıracaq və bu komissiyaya rəhbərliyi eks-prokuroru Gevork Kostanyan edəcək. Qeyd edək ki, Kostanyan Serj Sarkisyan iqtidarında Ermənistanın baş prokuroru vəzifəsinə təyin olunmuşdu.

Erməni nəşri yazır ki, parlamentdə komissiya sədrini fraksiya irəli sürür və ən çox səs sayı məhz komissiyada olur. Kostanyan isə Respublika partiyasının təmsilçisidir. Bildirilir ki, komissiyanın istənilən vəzifəli şəxsdən, hətta baş nazirdən hesabat istəmək tələb etmək hüququ var. Eyni zamanda, komissiya müəyyən prosedurların təmin olunması üçün istintaq sirlərinə müdaxilə edə bilər. Ümumiyyətlə, parlamentdə yaradılmış istintaq komissiyası səriştəsiz respublika prokurorluğunun funksiyasını icra edəcək.

“Yəni bu komissiya Ermənistan prokurorluğu ilə yanaşı prokurorluq roluna malikdir”, yazan erməni nəşri həmin komissiyanın yaradılmasını ölkə prokurorluğunun zəif fəaliyyəti ilə əlaqələndirib. Həmçinin eyham vurulub ki, yaxın günlərdə Ermənistanın baş prokurorluğuna qarşı rəsmi etimadsızlıq elan ediləcək. “Komissiya beynəlxalq kriteriyalar çərçivəsində faktların toplnması missiyasını həyata keçirəcək və ciddi əsasları təmin edəcək”, “Hraparak” yazır.

“İrates” qəzeti: “Xüsusi İstintaq İdarəsinin rəisi öz vəzifəsi ilə vidalaşmalı olacaq”

Digər erməni nəşri – “İrates” isə yazır: “Xüsusi İstintaq İdarəsinin rəisi öz vəzifəsi ilə vidalaşmalı olacaq”. Bu qəzet də Ermənistanın baş prokuroruna qarşı etimadsızlığın elan ediləcəyini qeyd edib. Eyni zamanda, elm və təhsil naziri Araik Arutunyanın da istefaya göndəriləcəyi bildirilir. Qeyd edək ki, Araik Arutunyan Nikol Paşinyanın ingilis dili müəlliməsi olub və onun nazir vəzifəsinə təyin olunması ölkə ictimaiyyətində birmənalı qarşılanmamaışdı. Eyni zamanda, idarəçilik qabiliyyətinə malik olmayan elm və təhsil naziri ard-arda ciddi səhvlərə yol verərək, etimadını itirib. “Bizdə olan məlumatlara görə, Araik Arutunyan Yerevan dövlət universitetinə rektor təyin olunacaq”, yazan qəzet nazir postuna onun müavini olmuş Ovannes Ovannisyan yerləşdiriləcək”.

Bütün bu kimi hadisələr isə belə deməyə əsas verir ki, Nikol Paşinyan nəinki öz vəzifəsinin öhdəsindən gələ bilmir, eyni zamanda, onun etimad göstərdiyi küçədən gəlmiş nazirlər də fəaliyyətlərində heç bir müsbət irəliləyişlərə nail ola bilmirlər. Buna isə Paşinyanın kadr siyasətinin tamamilə yanlış məcrada tətbiq etdiyini demək olar. Daha doğrusu, siyasi, diplomatik və s. müvafiq liderlik komponentlərinə malik olmayan Nikol və onun “məxməri inqilabı” süquta uğramaqdadır.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə