Ərdoğan Rusiyaya işgüzar səfər edəcək

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Rusiyaya işgüzar səfər edəcək. SİA Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, sabah Rusiya prezidenti Vladimir Putinlə Türkiyənin dövlət başçısı arasında görüş keçiriləcək. Dövlət rəhbərləri ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Görüşdə həmçinin Suriya münaqişəsinin nizamlanması da müzakirə olunacaq.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...