Deputat: “100 illik paradın böyük tarixi əhəmiyyəti oldu" ÖZƏL-MÜNASİBƏT

"Bakının bolşevik və erməni daşnaklardan azad olunmasının 100 illiyinə həsr olunmuş hərbi parad Azərbaycan -Türkiyə qardaşlığının nümayişi idi". Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, parad Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın və Türk əsgərlərinin iştirakı həm də dünyaya bir mesaj idi: "Bu mesaj o deməkdir ki, Türkiyə Azərbaycanın yanında 100 il əvvəl də olub, indi də bir yerdədirlər. Məhz iki dövlət bir yerdə olanda ölkələrimiz güclü olur və hər bir bəd niyyətli qüvvəyə qəttiyyətli cavab vermək olur. Cənab Ərdoğanın ermənilərə Azərbaycan torpaqları azad edilməyincə Türkiyə - Ermənistan sərhədləri heç vaxt açılmayacağı deməsi bir daha Türkiyənin Azərbaycanın yanında olması deməkdir. Paradda cənab Prezdentin çıxışında Azərbaycanın ordusunun dünya orduları sırasında ilk 50-ci yerdə olmasının qeyd edilməsi və ən müasir silahların nümayişi həm də düşmənlərə bir mesaj idi. Bu düşmənimizə o deməkdir ki, özündən hündürə tullanmayın, yoxsa məhv edərik sizi. Düşünürəm ki, 100 illik paradın böyük tarixi əhəmiyyəti oldu və tezliklə biz Dağlıq Qarabağı düşməndən azad edilməsi gününü də qeyd edəcəyik".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...