Səbuhi Abbasov: "Bakıda keçirilən parad dünyaya sülh mesajı idi" ÖZƏL-MÖVQE

"Bakının azad edilməsinin 100 illiyi münasibətilə keçirilən paradın tarixi əhəmiyyəti var". Bunu SİA-ya açıqlamasında internet-media eksperti Səbuhi Abbasov deyib.

Onun sözlərinə görə, bu parad dünyaya sülh mesajı idi: "Biz birmənalı şəkildə Türkiyə-Azərbaycan qardaşlığını dünyaya sülh, qsrdaşlıq modeli olaraq təqdim edə bilmişik. Prezident İlham Əliyev öz çıxışında da xüsusi olaraq vurğuladı ki, dünyada Türkiyə-Azərbaycan qardaşlıq münasibətləri prizmasında heç bir nümunə yoxdur. Bu dostluq, bu qardaşlıq dünyaya sülh mesajıdır, həmrəylik modelidir. Bundan başqa Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan da çıxışında olduqca vacib və strateji məqamlara toxundu. İşğalçı Ermənistana açıq və net mesaj göndərən Ərdoğan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyəcəyini dedi. Bütövlükdə bu parad tarixi əhəmiyyətə malikdir. Həm dost, həm düşmən gücümüzü gördü, nəyə qadir olduğumuzu dərk etdi. Bu olduqca vacib və əhəmiyyətlidir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...