“Joxovurd”: “Ermənistanda heyvandarıq tənəzzül dövrünü yaşayır”

Ermənistanda heyvandarlıq sahəsi kifayət qədər və ciddi şəkildə tənəzzülə uğrayıb. SİA-nın “Joxovurd” qəzetinə istinadən verdiyi məlumata görə, bununla bağlı Ermənistanın statistika komitəsinin rəsmi məlumatında bildirilir. Statistik mənbələrə görə, ötən ilin analoji ayları ilə müqayisədə bu ilin yanvar-iyul aylarında heyvandarlıq sahəsi üzrə faiz etibarı ilə 3.7% azalma müşahidə olunub.

Bununla paralel olaraq, qəzet yazır ki, bu ilin 7 ayında ət məhsulları istehsalında da azalma qeydə alınıb. Statistika komitəsinin hesabatında bildirilir ki, ət məhsullarının istehsalı bütövlükdə 6.2% azalıb. Eyni zamanda, donuz ətində 6.3%, qoyun ətinin istehsalında isə 3.8% azalma qeydə alınıb.

RÖVŞƏN

Bütün xəbərlər Facebook səhifəmizdə