Ermənistandakı siyasi vəziyyət AŞPA-da müzakirə olunacaq

Ermənistandakı siyasi vəziyyət AŞPA-nın Monitorinq Komitəsində müzakirə olunacaq. SİA-nın xəbərinə görə, bu barədə Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, parlamentin vitse-spikeri Arpin Ovanasyan öz ”facebook” səhifəsində qeyd edib.

“Dünən AŞPA-nın Siyasi və Demokratiya Komitəsinin iclasında Ermənistanın daxili siyasi vəziyyəti və son hadisələr müzakirə olundu. Burada əsas məsələlər söz azadlığına təzyiq, nifrətin yayılması, Ermənistanın ikinci prezidentinə və çoxsaylı keçmiş rəsmilərə və onların ailə üzvlərinə qarşı cinayət işi, mümkün konstitusiya dəyişiklikləri, Baş nazirin səlahiyyətlərinin təmin edilməsi, qanunvericilik və məhkəmə orqanlarına təzyiqlə bağlı idi. Mən faktlar, videolar, nəşrlər təqdim etdim. İclasda həmçinin Milli Təhlükəsizlik Xidmətinin direktoru ilə Xüsusi İstintaq Təşkilatının rəhbəri arasında olan telefon söhbəti ilə bağlı müzakirə də aparıldı. Müzakirələr nəticəsində Ermənistanda qanunvericilik və məhkəmə orqanlarının müstəqilliyi və siyasi zülm ilə əlaqədar olaraq qanunun aliliyini təmin etmək məqsədi ilə Ermənistanda monitorinq aparmaq təklifi ilə Monitorinq Komitəsinə məktub göndərilməsi qərara alındı”,- deyə Ovanasyan qeyd edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə