İlham Quliyev: “Medianın üzərinə böyük yük düşür” AÇIQLAMA

“Sosial şəbəkələr son vaxtlar çox ciddi problem mənbəyinə çevriliblər”. Bunu SİA-ya açıqlamasında "Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev deyib.

Onun sözlərinə görə, informasiya daşıyıcısı olmaqla yanaşı, həm də yeni problemlərin yaranmasına səbəb olublar: “Müəyyən dairələr tərəfindən ölkələrə təsir etmək və ictimai rəyi dəyişmək üçün sosial şəbəkələrdən istifadə olunur. Bu mənada Azərbaycanda istisna deyil. Sosial şəbəkədəki müəyyən səhfələr gizli profillər vasitəsi ilə Azərbaycanda da təxribat xarakterli işlərin görüldüyünü, həqiqətə əsaslanmayan yalan üzərində qurulan təbliğatın aparıldığının şahidi oluruq. Bu stiuasiya yeni deyil. Bir müddətdir biz bunu yaşamağdayıq. Bu qlobal bir problemdir. Bunun həlli ilə bağlı hüquqi müstəvidə insanların şərəf və ləyaqətinin alçaldılması ilə bağlı əməlləri törədildikdə bunun məsuliyyət yaradılması ilə bağlı qanunvericiliyə müəyyən dəyişikliklər olunub. Amma bu müəyyən gizli səyifələrin, gizli profillərin məqsədyönlü şəkildə həyata keçirdiyi təxribatın qarşısını ala bilmir. Bununla bağlı indiki halda ilk növbədə maarifləndirmə işinin aparılmasına ehtiyac var. İnsanlar maarifləndirilməlidir, məlumatlandırılmalıdır ki, bu işi aparanların məqsədi nədir. Bunların fəaliyyət istiqamətinin son nöqtəsi nəyə hesablanıb. Yəni insanlar tora düşməməlidir. Bir sözlə, sosial şəbəkələrdəki bu cür məqsədyönlü fəaliyyətinin mənfi nəticələrini aradan qaldırılması üçün bizim güvənəcəyimiz silah maarifləndirmə olmalıdır. Burda da medianın üzərinə böyük yük düşür. İnsanların məlumatlandırılması işini media və media rəhbərləri həyata keçirməlidir. Biz son vaxtlar bununla bağlı geniş spektırlı fəaliyyətin şahidi olmaqdayıq. Ölkənin işıqlı insanları, ziyalıları, media təmsilçiləri, baş redaktorları cəmiyyəti, insanları məlumatlandırmağa çalışırlar. Çıxışlarında təxribat xarakterli halların qarşısını almağa çalışırlar. Yəni indiki halda başqa bir metod yoxdur. İnsanların məlumatlandırılması xətti ilə pozuculuğa xidmət edən planların qarşısını ala bilərik”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə