İlqar Orucov: “Leyla Yunus kimilərini maraqlandıran, düşündürən yalnız puldur” AÇIQLAMA

“Azərbaycanın iqtisadi-siyasi uğurlarını, müstəqilliyinin möhkəmlənməsini, regionda söz sahibi olmasını həzm edə bilməyən qüvvələr zaman-zaman ölkəmizə qarşı iyrənc niyyətlərini müxtəlif formada ortaya qoymaqdadırlar”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin fəlsəfə doktoru, sədri İlqar Orucov deyib.

Onun sözlərinə görə, əlbət də ki, bütün bu məkirli niyyətlər hər zaman iflasa uğrayıb və bundan sonra da belə olacaqdır: “Bunu həmin qüvvələr də yaxşı anlayırlar, lakin, təsir vasitələrini hər dəfə yeni formatda işə salırlar. Onlar anlamırlar ki, Azərbaycan 25 il bundan öncəki dövlət deyil, artıq bizim dövlətimiz möhkəm təməllər üzərində etibarlı şəkildə qurulub. Heç bir qüvvə, heç bir təsir mexanizmi bu təməllərə təsir etmək gücündə və qüdrətində deyildir. Azərbaycan xalqı da onların məkrli niyyətlərini yaxşı anlayır. Azərbaycanda güclü dövlət modelinin əsasını müdrik xalq və bu xalqa arxalanan, onun maraqları naminə çalışan iqtidar birliyinə arxalanır. Azərbaycan dövlətinin rəhbəri hər zaman dövlətinin, xalqının maraqlarını üstün tutan siyasət yürüdür. Bu cür sərbəst siyasət yürütmək isə bir çox dövlətlərin, bir çox güclərin marağında deyil və onlar öz xalqına qarşı hər zaman əks mövqedə duran müxtəlif insanlardan alət kimi istifadə edirlər. İstər Leyla Yunusun, istər Xədicə İsmayılın və onlar kimi milli dəyərlərdən, milli düşüncədən uzaq insanların fəaliyyəti hamımıza məlumdur və bu kimi tipləri müxtəlif maraqlarla daim idarə etmişlər və bu gün də bu davam edir. Leyla Yunus kimilərini maraqlandıran, düşündürən yalnız puldur və o, Azərbaycanda ifşa olunandan sonra indi Holandiyada oturub çirkin əməllərini oradan davam etdirir. İlin əvvəlindən ölkəmizə qarşı təşkil olunmuş informasiya terrorunun əsas iştirakçıları vaxtilə cinayət əməllərinə görə həbsdə yatmış, Əli Kərimli kimilərinin pulla verdiyi saxta sənədlərlə guya siyasi fəaliyyətlərinə görə təqib olunmuş bir qrup başıpozuq, uğursuz və ailələri tərəfindən belə qəbul edilməyən insanlardır. Təbii ki, onların antimilli fəaliyyətləri məqsədli şəkildə idarə olunur və bu zəncirin bir ucu da erməni lobbisinə bağlıdır. İfadələri yalnız söyüşdən ibarət olan bu insanlar kapitalizmin sərt qanunlarının hökm sürdüyü Avropada hansı vəsaitlər hesabına yaşayırlar? Bunların təminatları haradandır? Gündə bir ölkədə peyda olan bu insanlar heç bir yerdə işləmədikləri halda göndəlik yaşayış xərclərini bəs hansı mənbədən qarşılayırlar? Təbii ki, onları idarə edən qüvvələr tərəfindən! Azərbaycanda sağlam vətəndaş cəmiyyəti nümayəndələri hər zaman antimilli ünsürlərin ifşası naminə fəaliyyətini ortaya qoyubdur. Bu gün ən böyük silahlardan biri olan informasiya savaşında təbii ki, balans dövlətçilik maraqlarını dəstəkləyən insanların xeyrinədir. Bu cür fəaliyyətlər davamlı şəkildə davam etdirilir. Əlbət də həmin qüvvələrin söyüş və təhqirləri formasında deyil, əsaslandırılmış, məntiqli şəkildə münasibət ortadadır. Hesab edirəm ki, söyüş və informasiya terroruna qarşı mübarizədə daha ayıq-sayıq olmaq, onların iç-üzünü xaricdəki vətəndaş cəmiyyəti institutlarının vasitəsilə ifşa etmək lazımdır. Dövlətə qarşı çağırışlar edən, təhdidlər səsləndirən hər bir kəsin cəzasını almaq üçün yaşadıqları ölkələrə müraciət edilməlidir. Bu cür antimilli ünsürlərin Azərbaycana ekstradisiya edilərək qanun qarşısında cavab vermələrini təmin etmək üçün yaşadıqları, müvəqqəti yaşadıqları ölkələrin hüquq mühafizə orqanlarından tələb edilməlidir. Bu işdə QHT-lərimizin bir rolu da xaricdəki partnyorlarının, beynəlxalq təşkilatların dəstəyini əldə etməkdən keçir. Həmçinin, sosial şəbəkələrdə milli vətəndaş cəmiyyəti fəalları aktiv olmalıdırlar və məkrli qüvvələrin cavabı vaxtında verməlidirlər”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə