Oleq Kuznetsov: “Türkiyə və ABŞ arasında olan fikir ayrılığı daha çox siyasi məzmun daşıyır” MÜSAHİBƏ

Son günlər Vaşinqton və Ankara münasibətlərində gərginliyin artması müşahidə olunur. Avqustun 17-də ABŞ prezidenti Donald Tramp Türkiyədən idxal olunan alüminium və polada qoyulan rüsumun artması ilə bağlı bəyanat verdi. Trampın bu qərarı, Türkiyə lirəsinin minimuma enməsinə səbəb oldu. Buna cavab olaraq, Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan ABŞ-dan idxal olunun tütün məhsulları, spirtli içliklər və avtomobil də daxil olmaqla, bir neçə məhsulun rüsumunu artırdı.

Tarixçi Qafqazşünas Oleq Kuznetsov Eurasia Diary-nin müxbirinə verdiyi müsahibədə ABŞ və Türkiyə dövlətləri arasında əslində nə baş verdiyi və bu fikir ayrılığından nə gözlənildiyi barədə danışıb.

- Sizin fikrinizcə, Türkiyə və ABŞ arasında son günlərdə nə baş verir?

- Son zamanlarda Türkiyə ilə ABŞ arasındakı bir sıra anlaşmazlıqları müşahidə edirik. Bura Türkiyədə baş vermiş uğursuz dövlət çevirilişindən başlayaraq, Tramp hökumətinin tətbiq etdiyi ən son sanksiyalar daxildir. Türkiyənin özünün alüminium istehsalçısı olmadığını nəzərə alsaq, Tramp Türkiyə Respublikasında alınan dəmir və alüminium üzərində rüsumu da artırır.

Vergi rüsumu Rusiyaya qarşı tətbiq olunduqda, bunu istehsalçıya qarşı sankiyalar kimi qiymətləndirmək olar. Lakin indiki halda, vasitəçi ölkənin istehsalçı ölkənin infrastrukturuna ciddi zərər verməyəcəyini nəzərə alaraq, ona qarşı məhdudiyyətlər tətbiq etmək cəhdi var. Beləliklə, burada iqtisadi baxımdan çox siyasi məzmun var.

Siyasi məzmun Türkiyənin hal-hazırda NATO sistemində ən zəif bənd olması ilə əlaqədardır. İlk növbədə Türkiyə Suriya istiqamətində müstəqil işlər aparır və bu və ya digər halda Qəzza zolağında Həması dəstəkləyir. Hazırda Türkiyə öz suverenliyini müdafiə etmək məcburiyyətindədir və Asiyadakı ən böyük oyunçular ilə əlaqələr qurmalıdır. Bunların siyahısına ABŞ-ın ənənəvi rəqibləri - Rusiya və İran daxildir. Amerika açıq şəkildə İranın düşmən, Rusiyanın rəqib, Türkiyənin isə ABŞ üçün inadkar bir mütəffiq olduğunu bildirib. Təbii ki, yaranan vəziyyətdə Tramp Türkiyəni ABŞ və NATO təsiri altına salmağa çalışır. Lakin hərbi-siyasi planların işə yaramadığını görüb, ABŞ iqdisadi yöndə təzyiqə əl atdı. Onu da qeyd edim ki, bu yalnız ilk baxışdan iqdisadi hücum kimi görünür.

- Bu yaxınlarda Türkiyə prezidenti Amerika istehsalı olan elektron avadanlığlara qarşı və ölkəsində dolların istifadəsinə boykot elan etdi. Fikrinizcə, Türkiyə Amerika istehsalı olan avadanlığları nə ilə əvəz edə bilər?

- Düşünürəm ki, Türkiyə ABŞ-ı Çin və Cənub-Şərqi Asiyadan gələn avadanlıqlar ilə əvəz edə bilər. Əlbəttə, Türkiyə ABŞ-a qarşı çox böyük kontr-sanksiya tətbiq edir. Ancaq Türkiyə Çin məhsulları ilə öz təhlükəsizliyini təmin edə biləcəyini sübut edərsə, subtropik zonada olan çox sayda ölkə Türkiyə nümunəsini təkrar edə bilər. Rəcəb Təyyib Ərdoğan Türkiyənin ən azı dörd ölkə ilə, Çin, Rusiya, Ukrayna və İran ilə ticarət əlaqələrində dollardan istifadə etməyəcəyini bəyan etdi. Bunlar Türkiyənin xarici ticarət dövriyyəsinin 1/3 hissəsini təşkil edən ölkələrdir. Bu, bazarda dollar kütləsinin azaldılmasına və dolayısı ilə dolların devalvasiyasına gətirib çıxaracaq. Bu da bir müddət Amerikanın pul çap edən dəzgahını dayandıra bilər. Lakin Türkiyənin bu qərarı ABŞ üçün əlverişli ola bilər. Belə ki, Tramp özünün ilk prezidentlik dövründə xarici borcunu 1 milyon azaltmaq istəyini bildirmişdi. Dolların rədd edilməsi ABŞ-ın saxlayacağı və gizlədəcəyi sərbəst dollar kütləsinin formalaşmasına gətirib çıxara bilər və sonra müəyyən bir anda yenə bazara çıxarıla bilər. Bu mənada Ərdoğanın mövqeyi iqtisadi cəhətdən hesablanmış deyil daha çox populist görünür.

- Türkiyənin NATO-nu tərk edəcəyini gözləmək olarmı?

- Hazırda Türkiyə bilərəkdən bəzi əlaqələrini kəsib, müstəqil şəkildə hərəkət edir. Ancaq bu günə qədər Türkiyənin hərbi sistemi NATO sisteminə tamamilə inteqrasiya olunub və hazırlıqsız şəkildə Türkiyə ittifaqı tərk edə bilməz. Çünki, həmin anda Türkiyə beynəlxalq terrorçuların hücumuna məruz qalacaq. Buna görə, NATO-nun tərkibindən çıxmazdan əvvəl, o, ilk növbədə öz müdafiə sistemini hazırlamalıdır. Belə görünür ki, Türkiyə buna yavaş-yavaş nail olur. Türkiyə Rusiyadan anti-hava əleyhinə müdafiə sisteminin zenit-raket kompleksinin alışını həyata keçirir. Yəni, Türkiyə gələcək də İran və KTMT-yə hərtərəfli inteqrasiya edəcək. Yaxud da su və havada təhlükəsizliyin təmin edilməsi Rusiya və Türkiyə arasında ikitərəfli inteqrasiyanın əsasıdır.

Bu, Türkiyə və Rusiya arasında ilk növbədə hərbi-texniki, daha sonra isə iqdisadi çevrilişdir. Sanksiyaları tətbiq etməklə Tramp bir tərəfdən Türkiyəni qərb dünyasından uzaqlaşdırır, digər tərəfdən isə Rusiya və İranla yaxınlaşmasına səbəb olur. Amerikanın Suriya münaqişəsində iştirakı, həmçinin İraqdakı rolu danılmazdır. Qeyd edim ki, bu iki ölkə, Yaxın Şərq regionunda Türkiyə, İran, Rusiya və Azərbaycanı təhdid edən kollektiv qeyri-sabitlik mənbəyidir. Bu səbəbdən, əhalisi çox olan və siyasi baxımdan inkişaf etmiş ölkələr siyasi suverenliyini itiməmək üçün birləşməlidirlər. İndi Tramp ABŞ-ın maraqları baxımdan ağıllı, ancaq regional reallıqları nəzərə almayacaq qədər ağılsız bir siyasət həyata keçirir. O, regional siyasətində ABŞ və onun NATO-dakı müttəfiqlərinin təzyiqlərinə qarşı çıxa biləcək ölkələrin ittifaqını qurur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...