Ermənistan dəmir yollarının Fransaya verilməsi prosesinin hazırlığı başlandı

"Ermənistandakı Rusiya şirkətləri bu ölkənin qanunları əsasında işləyir. Demək olar ki, qanunları pozmurlar. “Cənubi Qafqaz Dəmir Yolları” (CQDY) şirkəti Ermənistanın dəmir yollarının konsession idarəçisi olan Rusiya kompaniyasıdır. Qanunlara daha ciddi riayət edən strukturlardandır. Lakin bu “CQDY”-nı N.Paşinyanın təzyiqlərindən qoruya bilmədi. Qəflətən yoxlamalar başladı. “CQDY”-nın baş direktoru S.Valko N.Paşinyanla görüşsə də yoxlamaları dayandırmadı. V.Putinlə telefonla danışması da N.Paşinyanda “CQDY”-dakı yoxlamaları genişləndirməyə stimul yaratdı". Bunu SİA-ya açıqlamasında SİTM-in sədri Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoölunun fikirlərinə görə, yoxlamalardan sonra açıqlanan rəqəmlər maliyyə pozuntularının çox cüzi olduğunu göstərir: "Görünür, özləri süni sürətdə bu rəqəmi düzəldə biliblər. “CQDY”-dakı yoxlamaların motivasiyası bəllidir: Vaxtilə Ermənistan Dəmir Yollarını Fransa konsession idarəçiliyə götürmək istəyirdi. Fransa indi də bu məsələdən ötrü rəsmi Yerevana iradlarını bildirir. N.Paşinyan oktyabrda Yerevanda keçiriləcək Frankofoniya sammiti ərəfəsində Fransa prezidenti E.Makronun Ermənistana səfərinə hədiyyə hazırlayır. Seçdiyi metod orijinal deyil. Prezident olarkən R.Koçaryan vaxtilə yoxlamalar vasitəsilə “Sibir” (RF) aviakompaniyasını müflisləşdirdi, mal-mülkünü əlindən aldı, ölkədən qovdu. Nəticədə, “Armavia” kompaniyası yarandı və o bunu uşaqlıq dostu, yerlisi M.Baqdasarova bağışladı".

Politoloq qeyd edib ki, N.Paşinyan Rusiyanı aldada biləcəyinə tam əmindir: "Onun düşüncəsinə görə, N.Paşinyandan da qat-qat zəif ermənilər Rusiyanın yüksək çinli rəsmilərini barmaqlarına dolayıblar".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...