Noyabrın əvvəllərində Gəncədə millətlərarası əməkdaşlıq forumu gözlənilir

Noyabrın əvvəllərində Gəncədə millətlərarası əməkdaşlıq forumu gözlənilir. Bu, biznes dairələrinin, nazirliklərin nümayəndələrinin, Rusiya və Azərbaycanın rəsmi şəxslərinin iştirakı ilə mühüm görüş olacaq. Forum ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində növbəti stimula çevriləcək. SİA xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov avqustun 20-də keçirilən mətbuat konfransında bildirib.

Səfirin sözlərinə görə, ilin sonunadək, həmçinin iqtisadiyyat və iqtisadi inkişaf nazirliklərinin rəhbərlərinin həmsədr olduqları hökumətlərarası komissiyanın iclası keçirilməlidir. “Bu məsələlər ilin sonunadək mənim fəaliyyətimin birinci mərhələsini əhatə edir”, - deyə M.Boçarnikov bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə