"Ermənistan mifologiyadan istifadə etməklə siyasi dəstək qazanmaq istəyir" MÖVQE-ÖZƏL

“Ermənistan siyasətçiləri hər zaman “böyük Ermənistan” mifologiyasından istifadə edərək siyasi dəstək qazanmaq istəyirlər. Bundan düşmən ölkənin bütün siyasətçilər zaman-zaman öz məqsədləri üçün istifadə edirlər”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Ermənistanın bu mifin qurbanına çevrildiyini deyən deputat söyləyib ki, düşmən ölkə bütün qonşu dövlətlərə qarşı olan bu münasibətinə görə, öz müstəqilliyini itirib, hərbi bazaya çevrilib.

Onun sözlərinə görə, Ermənistan müstəqil dövlət olmadığına görə, ağır sosial-iqtisadi vəziyyət oradakı əhalinin böyük hissəsinin başqa ölkələrə köçməsinə, erməni diasporunun artmasına gətirib çıxarıb. “Belə çıxır ki, tarixən Ermənistan xalqı məhz belə diaspora formasında yaşayıb, öz dövləti, dövlətçilik ənənələri olmadığına görə hər zaman eyni problemlərlə üzləşib”

A. Mollazadə qeyd edib ki, hərbi baza olan Ermənistan öz mifini diaspora, lobbiçilik fəaliyyəti formasında digər ölkələrin daxilində istifadə edir.

Deputat qeyd edib ki, düşmən ölkənin yeganə xilas yolu sülh istiqamətindən keçir: “ Ermənistan öz müstəqilliyini əldə etmək üçün təcili Azərbaycanla sülh yaratmalı, ərazi iddialarına son qoymalıdır. Yalnız bundan sonra Ermənistan normal bir dövlətə çevrilə bilər. Bu istiqamətdə Ermənistanın bugünkü hakimiyyəti zəruri addımlar atmayacaqsa, Paşinyan devriləcək və ölkə hərbi cinayətkarların əlinə keçəcək”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə