"Ölkələrimizin nümayəndələri arasında böyük görüş olacaq"

"Əsas vəzifələrimdən biri Azərbaycan hökuməti və ictimaiyyəti ilə sıx əlaqələr qurmaq, ölkənizlə tanış olmaqdır". SİA xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov avqustun 20-də keçirdiyi mətbuat konfransında deyib. Səfir ölkədə fəaliyyətə başlamasından bu yana artıq Qəbələ və Azərbaycanın Dağıstanla həmsərhəd olan regionlarına səfər etdiyini bildirib.

"Əsası dövlət başçılarımızın həyata keçirdiyi görüşlər çərçivəsində praktiki məsələləri artırmaqdır. Məhz bu təmaslar əməkdaşlığımıza təsir göstərir. Əsas vəzifə onlar arasında təmasları hazırlamaqdır. Gündəlikdə noyabr ayında Gəncədə millətlərarası əməkdaşlıq forumunun keçirilməsi var. Bu, biznes, nazirliklər, dövlət başçıları nümayəndələrinin iştirakı ilə ölkələrimizin nümayəndələri arasında böyük görüş olacaq", - diplomat qeyd edib.

O həmçinin vurğulayıb ki, ilin sonuna qədər iqtisadi inkişaf nazirlərinin həmsədrlik etdiyi hökumətlərarası komissiyanın iclası keçirilməlidir: "Bu vəzifələr ilin sonunadək fəaliyyətimin birinci mərhələsinə aiddir".

Bütün xəbərlər Facebook səhifəmizdə