Nikolun mitinqi respublikaçılar tərəfindən məsxərəyə qoyuldu

Eduard Şarmazanov: “Səhnədəki Paşinyan baş nazirə deyil, müxalifətçi demaqoqa bənzəyirdi”

Nikol Paşinyanın baş nazir kürsüsünü ələ keçirməyinin 100-cü günü münasibəti ilə Yerevanın “Respublika” meydanında keçirdiyi mitinq ölkədə birmənalı qarşılanmayıb. SİA xəbər verir ki, Ermənistan parlamentinin vitse-spikeri, Serj Sarkisyanın Respublika partiyasını təmsil edən Eduard Şarmazanov Paşinyanın çıxışını sərt şəkildə tənqid edib, hətta təhqirə də yol verib. Bu barədə Ermənistanın aysor.am saytı yazır. Belə ki, Şarmazanov sözügedən mitinqdə 100 günlə bağlı tamamilə fərqli fikirlər eşidəcəyino sandığını deyib və bildirib ki, növbəti dəfə təəssüf hissi keçirib: “Paşinyanın hökumətə rəhbərliyinin ilk 100 günü ilə bağlı danışdıqları hesabat deyildi”, deyə qeyd edən erməni vitse-spikerə görə, onun bu mitinqi ilə 100 gün əvvəl keçirdiyi mitinqləri arasında heç bir fərq görməyib:

“Paşinyan küçəni orta əsrlərdəki Novqorod Veçası kimi yeganə qərar qəbul edən həlledici orqan olduğunu bəyan edib”

“Səhnədə dayanan Paşinyan baş nazir təsiri deyil, 100 gün əvvəl keçirdiyi mitinqlərindəki müxalifətçi demaqoqa bənzəyirdi. Onun nitqi XIV Lüdovikin fikirlərinin miksi idi”, qeyd edən E.Şarmazanov N.Paşinyanın çıxışını eyni fransız inqilabçıları, bolşevik-trotskistlər və diktatorlarla eyniləşdirib, eləcə də baş nazirin fikirlərinin təhdidlərlə dolu olduğunu bildirib: “Paşinyan hər ikinci sözündən sonra xalqın dəstəyini umaraq, əks fikirdə olmağa cürət edənlərin ünvanlarına təhdidlər yağdırıb və öz sözlərinin doğru olduğunu sanaraq, oraya toplaşanları da fikirlərini qəbul etməyə səsləyib. Paşinyan hakimləri, opponentlərini təhdid edərkən, kobud şəkildə günahsızlıq prezumpsiyasını pozub, dövlətçilik institutlarını sıfıra endirib və küçəni orta əsrlərdəki Novqorod Veçası kimi yeganə qərar qəbul edən həlledici orqan olduğunu bəyan edib. Sonunda isə o, əvvəlki hakimiyyəti öz hakimiyyətini qorumaq üçün tənqid etdiyini bildirib, hətta buna görə ölkə konstitusiyasını dəyişdirməyə hazır olduğunu da deyib. Fransa Burbonları haqqında deyildiyi kimi, Paşinyan ötən 100 gündə heç nəyi unutmamaqla yanaşı, heç nəyi öyrənməyib də. Şantaj və populizm onun əsas alətləri kimi qalmaqdadır. İndi isə sıra ilə izah edim...”

Beləliklə, eyni zamanda belə dşüünmək mümkündür ki, N.Paşinyanın keçirdiyi mitinqini açıq-aşkar və sərt şəkildə hədəfə alan Serj Sarkisyanın silahdaşı çox yəqin ki, bu fikirlərini ictimailəşdirməmişdən öncə, bunu öz siyasi lideri ilə razılaşdırıb.

“Əgər orta əsrlərdə məşhur Lüdovik deyirdi ki, “hakimiyyət mənəm”, Paşinyan daha da uzağa gedərək, “hakimiyyət mənimdir” deyib”

Sərt və istehzalı fikirlərini davam etdirən Şarmazanova görə, Paşinyan keçirdiyi mitinqində Yerevan meydanı ilə Afina demokratiyası arasında paralellər aparıb və mümkündür ki, o özü ilə Perikl arasında da eyni məzmunu tutub, eləcə də qeyd edib ki, gələcək nəsil onun qələbə xarakterli hərəkatından vəcdə gələcəklər, necə ki, qədim yunanlar Afina demokratiyası ilə qürur duyurdular. Amma digər tərəfdən, Şarmazanov Paşinyana dolayı yolla təhdid ünvanlamağı da unutmayıb: “...Lakin tarixçilərin əhatəsində olan Paşinyan bilmir ki, Afina demokratiyasının qədim Spartadan aldığı ağır məğlubiyyətindən sonra kədərli sonluğu olub. Bu baxımdan, onun gətidridi nümunə uğursuz alınıb. Paşinyan özünü və Respublika meydanına toplaşanları hakimiyyətin dəyişilməz fərdləri olduğunu deməklə, öz üzərinə yeganə hakim və qərar qəbil edən funksiyasını götürüb. Əgər orta əsrlərdə məşhur Lüdovik deyirdi ki, “hakimiyyət mənəm”, bu zaman Paşinyan daha da uzağa gedərək, “hakimiyyət mənimdir” deyib”.

“Görünür, Paşinyan əsəb sarsıntısı keçirir və çətin vəziyyətə düşüb, ona görə də sağa-sola şantaj, təhdid yağdırır, bununla da ilk yardım kimi, ümidini Ermənistanın milli təhlükəsizlik xidmətinə bağlayır”.

“Biz, deklamatorların avantüraları ilə tanışıq, özü də ən yüksək səviyyəliləri ilə”

Şarmazanova görə, ictimai rəyin emosional fonundan istifadə etməklə avantüraya getmək olmaz: “Təkrar edirəm, bu “demokratik” Ermənistandır və küçədə XXI əsrdir, şantaj yolu ilə əldə edilmiş diktatura dövrü deyil”.

Erməni vitse-spiker Paşinyanın eyforiaya qapıldığını qeyd edərək onu da bildirib ki, yüksək tonlu qışqırıqlarla, təhqir və nifrətlə, təsirli şüarlarla siyasi uğur əldə etmək olmaz. “Biz, deklamatorların avantüraları ilə tanışıq, özü də ən yüksək səviyyəliləri ilə. Əgər sizə hazırkı məqama qədər ictimaiyyəti populizmlə qidalandırmaq müyəssər olubsa, biz, emosianal və romantik təsirlərə uymayacağıq”- Şarmazanov deyib. Onun sözlərinə görə, Paşinyan hakimiyyətin qan tökməmək, qardaş qırğını törətməmək üçün mövqelərindən spekulyasiya edərək, şantaja getdi və istəyinə nail oldu: “Xatırladıram, siz bu gündən etibarən müxalifətçi demaqoq deyil, hakimiyyətin əsas nümayəndəsisiniz, siz ölkədə mövcud olan durumdan cavabdehsiniz və dövlətçilik institutlarına, hakimlərə və o vətəndaşlara ki, sizin fikirlərinizlə razı deyillər - onlara hədə-qorxu gəlməyə cəhd göstərməyin, dövlət qanunlarını istədiyiniz kimi pozmayın”.

“Erməni apostol kilsəsinə qarşı açıq hücumlara başlanılıb, terror isə müdafiə olunur”

Beləliklə, N.Paşinyanın başıbəla 100 günlük baş nazirlik dövrünü sərt şəkildə tənqid edən E.Şarmazanov son olaraq qeyd edir: “Sizin ötən 100 günlük hakimiyyətiniz dövründə təhlükəli tendesnsiyalara bağlılıqlar nəzərə çarpmağa başlayıb: azad söz və fərqli düşüncə azadlığı pozulub, günahsızlıq prezumpsiyası pozulub, Ermənistan respublikasının dövlətçilik institutlarına, qanunvericilik baxımından, fərqli dünücəlilərə qarşı təhdidlər baş qaldırıb, milli xristiançılıq dəyərlər sisteminin dağıdılmasına cəhdlərə yol verilir, ənənəvi erməni ailəsinə və erməni apostol kilsəsinə qarşı açıq hücumlara başlanılıb, terror isə müdafiə olunur – polis polkovnikini və sıravi polisləri güllələyən bir sıra terror qruplaşmalarının üzvləri azadlığa buraxılıb (Sasna Srer olaylarının iştirakçıları nəzərdə tutulur-R.R.), məhkəmə işləri saxtalaşdırılıb, qiymətlər iki dəfə artıb. Bu siyahını uzatmaq da olar. Bax, əldə edilən “uğurar” budur ki, Paşinyan 100 gün ərzində əldə edib”.

Şarmazanov yazısının sonunda N.Paşinyanla bağlı P.S. də qoyub: “Cənab Paşinyan, 100 gündən sonra bir daha öz fikirlərimi təsdiq edirəm. Siz, Ermənistanın baş naziri ola bilərsiniz, lakin Ermənistan silahlı qüvvələrinin ali baş komandanı əsla!”

Görünən budur ki, yalnız parlamentdə say üstünlüyünü əldə saxlamış Respublika partiyası deyil, digər ictimai-siyasi dairələr N.Paşinyanın 100 günlük hakimiyyət dönəmindən heç də razı görünmürlər. O cümlədən, bu gün küçədən gəlmiş baş nazirin digər əleyhdarları da var ki, onlar Qarabağ erməniləridirlər. Məhz bu klanın gec, ya da tez itirlmiş hakimiyyəti ələ keçirmək cəhdlərinə start verilə bilər. Artıq, bu planın ilkin cücərtiləri də ortadadır. Məsələn, Ermənistan parlamentinin vitse-spikeri E.Şarmazanovun bəlli mövqeyindən də bunu görmək elə də çətinlik yaratmır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə