AKP-nin qurultayıdır: Ərdoğanın yeni şüarı

Türkiyədə yeni hökumət sisteminə keçiddən sonra hakim partiyanın ilk böyük konqresi bu gün keçirilir. AKP-nin VI Konqresi bu gün Ankara Arenada gerçəkləşib.

Konqresdə partiyanın yeni idarə sistemi bəlli olacaq. Həmçinin partiya sədri yenidən seçiləcək və Rəyasət Heyəti formalaşdırılacaq.

AK partiyanın sədr müavini Mustafa Ataş konqresdə sürpriz gözləndiyini və Rəcəb Tayyib Ərdoğanın bütün dünyaya mesaj verəcəyini vurğulayıb.

AKP-nin qurultaydakı əsas şüarı isə "millət bir, hədəf bir” şəklindədir.

Konqres həm də bələdiyyə seçkilərinə hazırlıq səciyyəsi daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə