"Ağ Evdə Putin otursaydı, Tramp qədər Rusiyaya xeyir verməzdi"

Ağ Evdə Vladimir Putin olsa, Rusiyaya bu qədər töhfə verə bilməzdi. Axar.az xəbər verir ki, bu barədə Rusiyanın "İzvestiya" nəşri məlumat yayıb.

"ABŞ-ın Türkiyəyə yönəlik sanksiyaları ilk növbədə Avropa Birliyi və güclü pul vahidinə malik olmayan ölkələrin iqtisadiyyatlarına ziyan vermək məqsədi daşıyır. Vaşinqton Ankaranı Moskva və Pekinin qollarına doğru sıxışdırır. Tramp Beynəlxalq Valyuta Fonduna müraciət etməyi planlaşdırır, ancaq Türkiyənin bu istiqamətdə bir cəhdi belə yoxdur. Ağ Evi şəxsən Putin idarə etsə belə, ABŞ Rusiyaya bu qədər böyük bir diplomatik xidmət təklif edə bilməzdi. Çünki Rusiya heç bir zəhmət çəkmədən Türkiyə və İran kimi iki güclü və böyük müttəfiq qazandı. Rusiyanın maraqlarına daha yaxşı xidmət edən belə bir hadisə olmazdı", - nəşr qeyd edir.

Bütün xəbərlər Facebook səhifəmizdə