Sülh və əməkdaşlıq meydanı - Xəzər dənizi

Sənan Həsənov, Xəzərin statusunun tədqiqatcısı, siyasi elmlər üzrə fəlsəfə doktoru, aparıcı elmi işci, YAP Fəlsəfə İnstitutu Təşkilatının sədri

Xəzərin statusuna yanaşmada dünya dövlətlərinin və sahilyanı ölkələrin mövqeləri, hövzə haqqındakı təsəvvürləri bir necə mərhələdən kecmişdir. Bu mərhələlərin 25 illik tarixi təhlili bizə deməyə imkan verir ki, Azərbaycan dövlətinin vahid konseptual baxışları bölgənin və ümumilikdə hövzənin sülh və əməkdaşlıq meydanına cevrilməsində ilk və yeganə addım idi. Lakin hadisələrin 1995-ci ildən sonrakı gedişi sahilyanı ölkələrin Azərbaycanın mövqeyinə qarşı birləşməsini acıqca göstərmiş, demək olar ki, dövlətlər arasında fikir ayrılıqlarını əks etdirən qruplaşmalar yaranmışdır. Mahiyyət isə Xəzərdə nüfuz bölgüsünü milli maraqlar baxımından həyata kecirməyə mövcud təcrübələrdən kənar variantları tətbiq etməyə yönəlmiş cəhdlərdən ibarət idi. Belə vəziyyətdə Azərbaycanın ortaya qoyduğu konsepsiyanı dövlətlərə təlqin etmək, bu mövqeni tarixi təcrübələr əsasında izah etmək, dünya praktikası ilə uzlaşdırmaq və bunula da Xəzərin istifadə rejiminə dair qəbul ediləcək hər hansı qeyri-müəyyən bölgünün tətbiqinin qarşısını almaq Azərbaycan diplomatiyasının qarşısında duran cox mühüm məsələlər sırasında idi.

Ulu Öndər Heydər Əliyevin zəngin təcrübəsi və iradəsi nəticəsində diplomatiyamız qarşısına qoyduğu vəzifəni zamanında şərəflə yerinə yetirdi. Dövlətləri ədalətli və hərtərəfli düşünməyə, Xəzərə dair ortaya qoyduqları mövqeni dərindən təhlil edib nəticələr cıxarmalarına xüsusi bir töhvə verdi. Ulu Öndər hələ 1994-cü ildə bəyan etmişdir ki, Xəzərə dair bütün məsələlər danışıqlar yolu ilə həll edilməlidir. Ölkəsi isə bu danışıqlara həmişə hazırdır. Dahi siyasi xadim Xəzərin əvəzolunmaz sərvət olduğunu və burada hər hansı münaqişə ocağının yolverilməzliyini sahilyanı ölkələrin dövlət və hökümət başcıları qarşısında cox ciddi məsələ kimi qoydu. Onların hövzəyə dair baxışlarında tərəfləri qane edəcək vahid mövqenin formlaşmasının zəruriliyini dövlətlərə qəbul etdirdi. Prezident İlham Əliyev isə birmənalı olaraq Xəzərin sülh və əməkdaşlıq dənizi olacağını sahilyanı ölkələr qarşısında bəyan etdi. Azərbaycanın bu sahədə əldə etdiyi mövcud təcrübələrin qəbul ediləcək yekun qərarla uzlaşdırılmasının zəruriliyini ortaya qoydu.

Beləliklə, sahilyanı ölkələrin Xəzərə dair kecirdikləri V Sammitdə qəbul edilmiş Konvensiyanın mahiyyəti göstərir ki, Xəzərdə sahilyanı ölkələrin qarşılıqlı sülh siyasətinə, dövlətlərin təhlükəsizliyinə zəmanət verəcək bölgü prinsiplərinin tətbiqi, ərazi sularında və ona yaxın zonalarda ölkələrin suveren hüquqlarına dair mövcud təcrübələrə yanaşmalar və ümumu mövqelər onilliklər boyu Azərbaycanın irəli sürdüyü dövlət mövqeyi ilə bilavasitə üst-üstə düşür. Yəni Konvensiya dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsini bir prinsip olaraq rəsmiləşdirir. Ölkələrin Xəzərdə hərbi, siyasi iqtisadi, bioloji, ekoloji potensialının dövlətlərin maraqlarına zidd olmadan Xəzərin unikal su hövzəsi olaraq səmərəli istifadəsi ücün sənəd müstəsna əhəmiyyət kəsb edir. Xüsusilə Xəzər dənizinin dibinin beynəlxalq hüququn norma və prinsipləri nəzərə alınmaqla sektorlara bölünməsi, sektorlarda aparılan fəaliyyətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə orada yerləşən obyektlərin müvafiq təhlükəsizlik zonalarına daxil edilməsi, dövlətlərin suveren və müstəsna hüquqlara malik olduğu ərazi sularında balıqçılıq zonalarının müəyyənləşdirilməsinə dair müdəalar aydın şəkildə ifadə olunmuşdur.

Bundan başqa Konvensiya Xəzər dənizində gəmiçilik və ticarətin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən dəniz üzgüçülüyünün azadlığı və təhlükəsizliyinin təmin olunması prinsiplərini təsbit etməsi Azərbaycanın Xəzər dənizindəki müstəsna hüquqlarının rəsmiləşdirilməsi yolunda cox ciddi tarixi addımdır. Hesab edirik ki, Xəzəryanı ölkələrin həyatında və Xəzərin tarixində bu konvensiya dövlətlərin sıx əməkdaşlıq etməsi ücün möhkəm baza rolunu oynayacaq, gələcək əməkdaşlıq ücün yeni imkanlar acacaq. Odur ki, XX əsrin mühüm tarixi hadisələri icərisində dövlətlərin Xəzər bölgəsində əməkdaşlığı və sahilyanı dövlətlərin Xəzərə dair həyata kecirdikləri strategiya dərindən öyrənilməli və bu tarix obyektiv olaraq gələcək nəsillərə catdırılmalıdır. Cünki Azərbaycan bəşəriyyət qarşısında bu istiqamətdə cox şanlı bir tarixə müəlliflik etmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə