Sarkisyan erməni polkovniki istefaya göndərib

Ermənistan Müdafiə Nazirliyinin arxa cəbhə idarəsinin rəisi, polkovnik Norayr Yolçyan vəzifəsindən azad edilib. "Report" xəbər verir ki, bu barədə Ermənistan prezidenti Armen Sarkisyan sərəncam imzalayıb. Məlumatı Ermənistan prezidentinin Mətbuat xidməti yayıb.

Xatırladaq ki, 2013-cü ildən Ermənistan Müdafiə Nazirliyinin arxa cəbhə idarəsinin rəisi təyin edilən və kriminal hərbi siyasi rejimin rəhbəri Serj Sarqsyana yaxın münasibətləri ilə tanınan polkovnik Norayr Yolçyanın adı artıq bir neçə dəfə müxtəlif qalmaqallarda hallanıb və Ermənistan ordusunda baş vermiş korrupsiya hallarına görə mətbuatın gündəmində olub.

Bütün xəbərlər Facebook səhifəmizdə