Erməniləri məyus edən Paşinyan ŞƏRH

“Xalq artıq məyus olmağa başlayıb, artıq Nikol Paşinyanın hakimiyyətə gəlməsindən 3 ay ötüb, lakin ölkənin sosial-iqtisadi vəziyyətində heç bir irəliləyiş əldə edilməyib”. SİA bu barədə erməni mətbuatında yazılanlara istinadən xəbər verir.

Məlum olduğu kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 17-də Respublika Meydanında 100 günə həsr olunmuş mitinq keçirəcək. Kütləvi informasiya vasitələri öz mənbələrinə istinad edərək, hər iki düşərgənin - Paşinyanın müttəfiqlərinin və opponentlərinin bu mitinqə tərəfdarlarını intensiv hazırladıqlarını yazır.

Təbii ki, bu düşərgələrin hər ikisi də əks məqsədlərə malikdir. Belə ki, Paşinyanın tərəfdarları mitinqdə daha çox insanın iştirak etməsini istədikləri üçün, baş nazirin şöhrətini nümayiş etdirərək, bütün qüvvələrini səfərbər etməyə çalışır. Lakin müxalif qüvvələr isə əksinə mitinqə çoxlu sayda adamın qatılmaması üçün hakimiyyətə qarşı müxtəlif çağırışlar edirlər.

Bundan başqa hazırda Ermənistanda mövcud hakimiyyətə yaxşı heç nə vəd etməyən üçüncü, daha qüdrətli və çox sayda güc var. Bu güc artıq hakimiyyətdən yorulan və etirazları ilə küçələrə axışan erməni xalqıdır. Misal üçün Artashat şəhərində kiçik və orta biznes nümayəndələri küçələrə çıxaraq, vergi terroru və əlavə ödənişlərdən şikayət edirlər. Etirazçıların fikrincə, onlar əvvəlki hakimiyyət tərəfindən zorakılığa məruz qalıblar. Lakin hakimiyyətin yenilənəsi də heç nəyi dəyişmədi.

Bu tipli etiraz aksiyaları Ermənistanda çoxdur və artmaqdadır. Ölkənin sakinləri hakimiyyət dəyişikliyini, Sarkisyanın və onun çürük rejiminin siyasi səhnədən çıxarılmasını həyəcanla qəbul etdilər. Lakin Paşinyanın hakimiyyətə gəlməsindən üç ay keçsə də, ölkədə sosial-iqtisadi vəziyyət yaxşılaşmadı. Ölkədə yeni iş yerləri açılmır, maliyyə sektorunda heç bir irəliləyiş yoxdur. Hakimiyyətdə insanların dəyişməsi Ermənistan vətəndaşlarının həyatında dəyişiklik etmədi. Bu da cəmiyyətdə dərin narazılığa səbəb olur.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...