Ermənistanın sabiq prezidenti Robert Koçaryanın həbsdən azad edilməsinə qarşı etiraz edənlər mətbuat konfransının keçiriləcəyi zala daxil olublar. SİA-nın "Ria Novosti"yə istinadən verdiyi xəbərə görə, etiraz aksiyasında onlarla insan iştirak edir. Buna qədər etirazçılar mətbuat konfransının keçirildiyi binanın qarşısında aksiya keçiriblər.

Ermənistan mətbuatının yazdığı məlumata görə, mətbuat konfransının keçirildiyi zal polis tərəfindən qorunmasına baxmayaraq, bir neçə etirazçı zala daxil ola bilib. Mitinqçilər qapını döyərək onların zala daxil olmasını tələb ediblər. Sabiq prezidentin özü isə orada olmayıb.

Etiraz aksiyasında iştirak edən David Petrosyan bildirib ki, Ermənistanda inqilab başlayıb və onu geri döndürmək mümkün deyil. O bildirib ki, ölkədə müstəqil vətəndaşlar var ki, onlar istədikləri zaman ədalətin bərqərar olunmasında iştirak etməyə hazırdılar.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə